Qubada itkin düşən alpinistlərin hər üçü dəfn olunmsına baxmayaraq onlar ətrafında qalmaqal bitmək bilmir.
Ötən gün "Everest İdman Klubu"nun rəhbəri Rusif Bağırov sensasion fikir səsləndirib.Onun sözlərinə görə, alpinistlərin meyiti heç də Fövqaladə Hallar Nazirliyinin dediyi kimi 4 metr dərinlikdən yox,1.20/30 sm dərinlikdən çıxarılıb.Klub rəhbəri nazirliyi yalan məlumat yaymaqda ittiham edib.O,alpinistlərin tapıldığı ərazidən olan görüntüləri paylaşıb.
Qeyd edək ki, 2017-ci il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu itkin düşüblər.Onların meyiti mayın 16-da çadırda donmuş şəkildə tapılıb.
Günün təklif olunan VİDEOSU:
Oxu24.com
ŞƏRHLƏR