Polad Həşimovun anası ilə bağlı ÜZÜCÜ XƏBƏR
04 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
270
15.10.2026, 16:51
Havaların soyuması fonunda qaz limitlərinə yenidən baxılması, əsasən də soyuq iqlimli rayonlarda güzəştli tariflərin tətbiqi məsələsi yenidən gündəmə gəlib.
Bu əsasda bir sıra ekspertlər qaz istehlakı və digər kommunal xidmətlərlə bağlı diferensial yanaşmanın tətbiqini təklif edir. Onların fikrincə, qazdan daha çox istifadə olunan rayonlarda daha aşağı tariflər nəzərdən keçirilməlidir.
Oxu24.com xəbər verir ki,ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Bakupost”a bildirib ki, sözügedən məsələdə diferensial yanaşmanın tətbiqi üçün xüsusu qanun qəbuluna ehtiyac yoxdur:
“Belə bir qərarın verilməsi ancaq Nazirlər Kabinetindən asılıdır. Nazirlər Kabineti və Tarif Şurası bununla bağlı hansısa bir qərar versə, bu mümkündür”.
Ekspertin fikrincə, prosesə diferensial yanaşma zamanı ilk növbədə aztəminatlı ailələr və regionlarda, kəndlərdə yaşayan insanların güzəranı nəzərə alınmalıdır:
“Rayon, kənd yerlərindəki böyük həcmli evlərin qızdırılması, işıqlandırılması baha başa gəlir. Bakıdakı bir otaqlı evlə hansısa dağ kəndindəki 150-200 kv.m-lik evin tarifləri eyni ola bilməz və olmamalıdır. Ona görə də diferensial yanaşma daha çox aztəminatlı ailələrə və rayon, kənd sakinlərinə şamil edilməlidir”.
Müsahibimiz hesab edir ki, region əhalisi üşün limitlərin ləğvi və tariflərin Bakıya nisbətən 25-30 faiz ucuz olması daha məqsədəuyğundur.
22:16 / 04 Noyabr 2026
27
22:14 / 04 Noyabr 2026
24
22:03 / 04 Noyabr 2026
39
21:58 / 04 Noyabr 2026
61
21:46 / 04 Noyabr 2026
57
21:39 / 04 Noyabr 2026
107
21:32 / 04 Noyabr 2026
58
21:28 / 04 Noyabr 2026
67
21:26 / 04 Noyabr 2026
165
21:13 / 04 Noyabr 2026
185
21:04 / 04 Noyabr 2026
87
21:03 / 04 Noyabr 2026
116
21:00 / 04 Noyabr 2026
101
20:58 / 04 Noyabr 2026
75
20:54 / 04 Noyabr 2026
25
20:51 / 04 Noyabr 2026
80
20:47 / 04 Noyabr 2026
87
20:44 / 04 Noyabr 2026
119
20:41 / 04 Noyabr 2026
89
20:33 / 04 Noyabr 2026
316
20:28 / 04 Noyabr 2026
191
20:26 / 04 Noyabr 2026
196
20:21 / 04 Noyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.