UNUDULMUŞ NƏĞMƏ - Adil Şirinin QƏLƏMİNDƏN
10 Oktyabr 2026, 12:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
86
10.10.2026, 11:51
TƏHSİLİMİZƏ SAHİB ÇIXSAQ, HİCAB DAVASI DA OLMAYACAQ...
“Qəm pəncərəsi” filminə baxanda hər zaman ağlayıram...
Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestinin motivləri əsasında çəkilən bu film xalqımızın və müsəlman şərqinin uzun illər yoluxduğu cahillik mərəzinin tablosudur.
Hər dəfə o filmə baxanda fikirləşirəm ki, burada cərəyan edən hadisələrin əksəriyyəti onu deməyə əsas verir ki, bir çox hallarda dəyişən paltarlarımız, arabalarımız və evlərimizdir...
İnsanın nə ailə heysiyyatına, nə dininə, nə də inancına toxunmaq olmaz. Bunun içərisində bir şərt də əsasdır ki, dini və inancı insan özünü anlayanda, kim olduğunu başa düşəndə seçməlidir. İnsan öz cəmiyyətində kiməsə alət olmağı özünə şərəf bilməməlidir.
Azərbaycanda insanların dini seçiminə hər zaman hörmətlə yanaşılıb. Heç vaxt kimsəni dininə, inancına görə ittiham etməyib, hakim qarşısına çıxarmayıblar.
Kaş ki, hakimiyyətlərin idarə olunması üçün uydurulan dinlər insanlar, qovmlər, tayfalar arasına ixtişaş salmayaydı.
Dinin əsas mahiyyətindən xəbərdar olan ulu dədə-babalarımız , filosof və şeyxləriniz, şairlərimiz cahillikdən qurtuluşun yolunu elmdə, kitabda gördülər. Əhməd Yassəvi öz yaşadığı dövrdə ərəb-fars dilində yazılan şerləri türk dilinə çevirdi, öz nəsihətlərini, şerlərini türkcə yazdı. Onun yolunu davam etdirən alimlər, şairlər də ərəb-fars dilini bildikləri halda, yenə gücü türk dilinə verdilər ki, əsərlər öz doğma dilimizdə anlaşılsın. İslamın təməl kitabı olan “Qurani Kərim”i IX əsrdə Qaraxnilər kitabxanasında tərcümə etdilər ki, öz vətəndaşlarımız, öz insanlarımız nə oxuduqlarını anlasınlar. Bundan əlavə İslam dünyasından, hətta Avropa, hind, moğol hakimiyyətlərinin kitabxanalarında olan kitablar da türk dilinə tərcümə olunurdu ki, insanlar cahillikdən kamilliyə yetişsinlər. O böyük şəxsiyyətlərin bir amalı var idi: Kitab oxuyub kamil insan olmaq.
O kitabların köçürülmüş nüsxələrinin içərisində yazılan tarixi pxuyanda görürürk ki, bizim tariximizdə qadınlarımız ərləri ilə döyüşlərə qatılıb, at miniblər, ox atıblar, kaman tutublar. Xaqan yanında taxtda oturan xanımlarımız üzü açıq, başlarında ipək yaylıq və ya xaqan papağı ilə əyləşiblər. Üzlərini , alınlarını kimsədən ona görə gizlətməyiblər ki, el yanında üzləri ağ, vicdanları təmizdir.
Dəyişən formasiyalar tariximizdə, coğrafiyamızda öz izini qoyub. Müharib4ələr yurdlarımızı, paytaxtlarımızı dəyişib, məcburən yeni hakimiyyətlərin basqısı altında yaşamalı olmuşuq. Beləcə məktəblərimiz dağılıb, məişətimiz dəyişib. Bəzən inanclarımız, malik olduğumuz dinlərimiz də unudulub.
Tariximizin ən yaxın səhifələrindən məlum olduğu kimi, 19-cu əsrin sonları , 20-ci əsrin əvvəllərindən etibarən Mərkəzi Asiya ölkələrində olduğu kimi, Azərbaycanda da cahillik və savadsızlıqla mübarizə aparmaq üçün dövlət məktəblər açırdı. Həmin dövrlərin aliməqsədi maarifpərvər insanları da bu məktəbləri maliyyələşdirir, qızlarını oxudurdular. Kimliyimizi təsdiq edən Molla Nəsrəddin jurnalında bu mənzərələri əks etdirən şəkillər də vardır.
Bəli , o zaman dövr elə idi, öz xeyrini güdən molla və ruhanilərin güclü təpkisi nəticəsində islam cəmiyyətində qadınlara hüquq verilmirdi. Bəxtləri gətirməyən qız-gəlinlərimiz Mirzə Ələkbər Sabirin yazdığı kimi tükəzbanlaşırdılar. Onlar nə qədər ytükəzbanlaşa da, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi aydınlarımız bu cəahlətə qarşı çıxırdılar.
Bu tarixi yaddaşımızın səhifələrini yazmaqla, onu demək istəyirəm ki, elm ən böyük ibadətdir. Və bunu bizdən əvvəlki, böyük şəxsiyyətlərimiz deyib, yazıb və mübarizə aparıblar.
Mübarizə apardıqları şəxslər isə, cəmiyyətdə din üzərindən alver edən ruhanilər olub. Klassik əsərlərimizin hansıını açıb oxusaız, orada ortada quyruq bulayan, ara qatan ruhani dindarları görmüşük. Və bu dindar ruhanilərin ortada qurduqları oyunların cəmiyyətə hansı bəlaları gətirdiyinin şahidi olmuşuq. Bu oyunların arxasında isə hər hansı bir maraq və ya maddi istək dayanıb.
Uzaq keçmişdən bu günümüzə qayıdanda isə demək istəyirəm ki, müstəqilliyimizi qazandığımız 1991-ci ildən sonra, azadlığımızı saxlamaq üçün çıxdığımız yolda bizə tələ quranlar, bizi tora salamaq istəyənlər tülkülüklərindən qalmadılar. Bütün təzə qurulan dövlətlər belə qarışıq proseslərdən keçiblər. Kənar qüvvələr, kənar nüdaxilələrin müstəqil olmaq istəyən dövlətlərə həmləsi hər zaman incə yerdən- din və inanc qapısından olub. Çox heyiflər olsun ki, bizim başımız ermənilərlə müharibəyə qarışanda bu dini cərəyanlar da çox asanlıqla sərhədlərdən ölkəmizə keçib, yayıldı. Təkcə bizdəmi?! Xeyir! Sabiq post-sovet məkanında türk-müsəlman ölkələrində xaricdən mayalanan nə qədər cərəyanlar insanları yolundan, evindən, ailəsindən etdilər.
Əvvəl yolundan etdikləri kişi və qadınların libasını dəyişdilər, sonra onları Suriyadakı vəhabi düşərgələrinə və ya Quma aparıb, doğulduqları vətənə, dövlətə qarşı döyüşmək və müxalif olmaq dərslərini öyrətdilər. Hətta din pərdəsi altında o qadınlara bir neçə kişi ortaq oldu. Aldanıb evindən qaçan qadınlar, başlarını hicabla örtüb, üzlərini qapadıqdan sonra uşaqları ilə birlikdə saqqalıların qrup təcavüzünə məruz qaldılar. Onların üzdəniraq inancında hətta 8 yaşlı başı örtülü qızı da, siğə oxuyandan sonra özlərinə arvad etmək qanunu vardır.
...Beləcə, bu ixtişaş yaratmq, insanları öz dövlətinə qarşı qoymaq üçün ölkələrə və ölkəmizə siyarət edən dini icmalar, və casuslar məktəbləri də zəbt elədi.
Sualın böyüyü burada yaranır?!
Bir məqamda Gülən məktəbləri açıldı... Heyif ki, izləri indi də bizi yandırır.
Bu Feto dərsləri alanlar öz ağalarının verdiyi təlimlərə o qədər sadiqdirlər ki, bu gün təhsilimizin içindən keçirlər.
Bu ilin sentyabr ayının 21-də Azərbaycan Nazirlər Kabineti məktəblərdə geyim qaydalarının təkmilləşdirilməsi ilə bağlı qərar çıxaranda çox sevindim. Ona görtə sevindim ki, repetitor hazırlığından pul toplayıb , dodaqlarını şişirdən, haram yolla topladıqları pulla brilyantın birin-çıxarıb digərini taxan, məktəbdə və tədbirlərdə geyindikləri 3-4 min manatlıq paltarları nümayiş etdirən bəzi üzdəniraq direktorlar, müəllimlər, nəhayət ki, özlərini yığışdıracaq, və məktəbə Rusiya məktəblərində olduğu kimi, müəllimə yaraşan sadə kostyumlarda, geyimlərdə gedəcəklər.
Mən hər zaman belə düşünürəm ki, körpə qızlarımız, oğlanlarımız əvvəlcə kitablarını oxsunlar, sonra ağılları kəsəndə dinə meyl etsinlər. Dini nağıl kimi deyil, elmi mənbələrdən, həqiqi kitablardan öyrənsilər.
Axı əsil İslam dininin əsasını elə elm və kamillik təşkil edir. Türk- İslam dünyasının alim və filosoflarının, şairlərinin, riyaziyyatçılarının, memarlarının, astronomlarının adını yazsaq 1000 kitaba sığmaz.
Bu gün biz dövlətimizdən kamil dərs almağın tələbini etməliyik. Azərbaycan təhsilinin bugünkü halı heç də hamının ürəyindən deyil. Yaxşı olardı ki, yumruğu bir yerə vurub, məktəblərdən rüşvətin yılğışdırılmasının, uşaqlara normal dərs keçirilməsinin mübarizəsini aparaq. Yeri gəlmişkən qeyd edim ki, . hazırda Milli Məclisdə bu sahədə qorunma tədbirlərini və stimullaşdırmanı daha da genişləndirən “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi müzakirə olunur.
Bu gün məktəblərdə əcaib və ürəkbulandıran hadisələrin baş verməsi, məktəblərə hicablı geyimlərdə dəvamiyyətin olması da təhsilimizdə olan boşluqlardan yaranıb. Əgər vaxtında təhsilimizi kənar təsirlərdən, hansısa nazirin pul qazanması üçün tətbiq edilən məcburi layihələrdən, hər məktəb müəlliminin uşaqları repetitor kursuna cəlb etməsi üçün yazdığı kitablardan kənar tutsaydıq bugünkü qarmaqarışıqlıq baş verməzdi.
İki gündür ki, məktəblərin həyətində balaca uşaqların “etiraz videolarının” yayıldığını görürəm. Bax, bu Azərbaycan Elm və Təhsil Nazirliyinin məktəblərə və müəllimlərə qarşı bu günə qədər sərgilədiyi etinasızlığın nəticəsidir. Müəllimi şagird yanında aşağılayanda, uşaq da müəllimə hörmət etməyəcək. O etiraz videoları yayılan uşaqlar müəllimlərinə mənəvi hörmət etməyi bilsəydilər, heç vaxt çıxıb kimlərinsə təsiri altına düşməzdilər.
Məni ən çox təəccübləndirən bir də o məsələdir ki, Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda, Tacikistanda da məktəblərdə şagirdlərin hicab taxması qadağan edilib. Qeyd olunub ki, məktəblilər dərsə məktəb formasında gəlməlidirlər. Heç adını saydığım həmin o türk-islam ölkələrində bu gün Azərbaycanda baş verən rəzlətlər qeydə alınmır. O ölkələrdə hər kəs dövlətin və hökumətin verdiyi qərarla razılaşıb, sakitcə məktəbinə gedib-gəlir. Dərsdən sonra necə istəsələr elə də geyinirlər.
Bəs bizdə nə baş verir? Kitabını yaxşı oxuya bilməyən (təhsil naziri özü bunu etiraf etdi ) həmin o uşaqlar yaylıq və örtük davası edirlər? O uşaqlara deyilib ki, dərsə vahid məktəbli forması geyinin. Evində, küçədə hicab geyinməsinə qarışanmı var?
O uşaqlar inanıram ki, Abbas Səhətin “Əlbir olub, bir ayı bir şir ilə, övladılar dovşanı tədbir ilə...” təmsilini oxumayıblar. O etiraz videoları yayılan uşaqlardan gedib soruşun ki, Abbas Səhətin təmsil yazdığını bilirlərmi?!
Təhsilimizə sahib çıxmağı bacarsaq, hicab davası, və ya cahillərin davası bizi narahat etməyəcək. Belə bir dalğa 2011-ci ildə də gəlib-keçmişdi. O zaman da qonşularımızdan gələn bəlanın qarşısını ala bildik. Bu gün istər qardaş Türkiyədə, istərsə də Cənubi Azərbaycanda bizim daxili işlərimizə burun soxmaq istəyənlərin arzusu da hər zaman olduğu kimi, gözlərində yanıb, özlərini kor edəcək.
Unutmayın ki, biz sivil Azərbaycan uğrunda can qoymuşuq! Yeni qurulan dövlətlərdə yerində olmayan , işini bilməyən məmurlar, nazirlər də öz cəzalarını alırlar. Təki bundan dövlət və Vətən ziyan görməsin!
Biz Zəfər qazanmış Azərbaycanın zəfərindən bir yarpaq belə azalmasına razı olmarıq! Bütün ideoloji və mənəvi savaşlarda düşmənlə üz-üzə gəlməyə hazırıq. Vətəni ərəbin, rusun, ingilisin qanunları ilə deyil, Azərbaycanın qanunları ilə idarə edirik!
Aida Eyvazlı Göytürk.
12:15 / 10 Oktyabr 2026
7
12:10 / 10 Oktyabr 2026
18
11:45 / 10 Oktyabr 2026
59
11:33 / 10 Oktyabr 2026
75
11:26 / 10 Oktyabr 2026
1481
11:11 / 10 Oktyabr 2026
723
10:50 / 10 Oktyabr 2026
96
10:35 / 10 Oktyabr 2026
97
10:31 / 10 Oktyabr 2026
80
10:26 / 10 Oktyabr 2026
87
10:24 / 10 Oktyabr 2026
66
10:23 / 10 Oktyabr 2026
69
09:40 / 10 Oktyabr 2026
66
02:13 / 10 Oktyabr 2026
211
00:16 / 10 Oktyabr 2026
236
23:59 / 09 Oktyabr 2026
179
23:57 / 09 Oktyabr 2026
2263
23:54 / 09 Oktyabr 2026
1658
23:51 / 09 Oktyabr 2026
236
23:49 / 09 Oktyabr 2026
118
23:44 / 09 Oktyabr 2026
164
23:39 / 09 Oktyabr 2026
201
23:27 / 09 Oktyabr 2026
1393
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.