Zaqatalada zəlzələ oldu
01 Oktyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
55
01.10.2026, 15:36
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə dəstəyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə həyata keçirdiyi “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək” qrant layihəsi çərçivəsində yekun maarifləndirmə təlimləri Xankəndi şəhərində təşkil olunub.
Oxu24.com xəbər verir ki, layihə çərçivəsində Qarabağ Universitetində təhsil alan tələbələr üçün ümumilikdə 2 təlim keçirilib. Təlimlərdən öncə açılış nitqi ilə çıxış edən layihə rəhbəri Xudaverdi Quliyev işğaldan azad edilmiş ərazilərdə qayıdış, məskunlaşma və təhsil prosesinin davam etdiyi bir dövrdə əhali, xüsusilə gənclər arasında mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə işlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə donor qurumlara, eləcə də layihə müddətində təşkilati məsələlərin həllinə və təlimlərin keçirilməsinə dəstək göstərən bütün aidiyyəti qurumlara təşəkkürünü bildirib. Xudaverdi Quliyev, xüsusilə Azərbaycan Respublikası Prezidentinin müvafiq xüsusi nümayəndəliklərinə və təhsil müəssisələrinin rəhbərlərinə göstərdikləri dəstəyə görə Beynəlxalq Avrasiya Mətbuat Fondu adından minnətdarlığını ifadə edib.
Ardınca çıxış edən BAMF-ın regional inzibati direktoru Ruslan İbrahimbəyli qeyd edib ki, bu, Fondun Qarabağ Universitetində keçirdiyi növbəti mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) təlimidir. O, həmçinin, tələbələrin mövzuya göstərdikləri marağı və təlimlərdə fəal iştirakını yüksək qiymətləndirib.
Daha sonra təlimçi Kamran Məmmədli tərəfindən minaların növləri, tələ və sürpriz minalar, partlamamış hərbi sursatlar, onların yaratdığı təhlükələr, təhlükəli ərazilərin əlamətləri, şübhəli əşya aşkarlandıqda düzgün davranış qaydaları və aidiyyəti qurumların məlumatlandırılması barədə iştirakçılara ətraflı məlumat verilib. Sessiyalar interaktiv formatda təşkil olunub, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb. Təlimin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış xüsusi maarifləndirici formalar hədiyyə olunub.
Qeyd edək ki, Qarabağ Universitetində keçirilən bu təlimlərlə sözügedən layihə çərçivəsində nəzərdə tutulan bütün maarifləndirmə tədbirləri yekunlaşıb. Qrant layihəsinin əsas məqsədi Ağdam, Ağdərə və Xocalı rayonlarında, eləcə də Xankəndi şəhərində yaşayan, çalışan və təhsil alan əhali arasında mina və partlayıcı sursatların təhlükəsinə dair məlumatlılığı artırmaq, bununla da mina hadisələrinin qarşısının alınmasına və insanların təhlükəsizliyinin qorunmasına töhfə vermək olub.
15:46 / 01 Oktyabr 2026
34
15:30 / 01 Oktyabr 2026
54
15:27 / 01 Oktyabr 2026
55
14:55 / 01 Oktyabr 2026
48
14:53 / 01 Oktyabr 2026
69
14:41 / 01 Oktyabr 2026
64
14:30 / 01 Oktyabr 2026
55
14:28 / 01 Oktyabr 2026
88
14:24 / 01 Oktyabr 2026
65
14:07 / 01 Oktyabr 2026
110
14:05 / 01 Oktyabr 2026
66
13:57 / 01 Oktyabr 2026
74
13:39 / 01 Oktyabr 2026
70
12:48 / 01 Oktyabr 2026
80
12:46 / 01 Oktyabr 2026
68
12:14 / 01 Oktyabr 2026
103
11:44 / 01 Oktyabr 2026
70
11:34 / 01 Oktyabr 2026
95
11:22 / 01 Oktyabr 2026
77
11:12 / 01 Oktyabr 2026
79
10:54 / 01 Oktyabr 2026
83
10:49 / 01 Oktyabr 2026
130
10:43 / 01 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.