Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
11 Noyabr 2026, 17:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
393
01.10.2026, 14:28
Əsas səhmdarı Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva olmuş “Bank BTB”nin hüquqi varisi — “T-Kredit” bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.
Oxu24.com xəbər verir ki, qərar qurumun İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli iclasında qəbul olunub.
“T-Kredit”in lisenziyası təşkilatın öz müraciəti əsasında ləğv edilib. BOKT-a bu il iyulun 28-də verilmiş BKT-51 nömrəli lisenziya beləliklə, təxminən iki ay sonra qüvvədən düşüb.
Qeyd edək ki, “T-Kredit” “Bank BTB”dən sonra yaradılmış ayrıca kredit təşkilatı deyil, bankın yenidən təşkili nəticəsində onun hüquqi varisi olub. Mərkəzi Bank martın 5-də bankın BOKT-a çevrilməsinə əvvəlcədən razılıq verib, iyulun 27-də isə “Bank BTB”nin bank lisenziyasını ləğv edərək hüquqi varisinə lisenziya verilməsi barədə qərar qəbul edib.
“Bank BTB”nin əsas səhmdarı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva olub.
Mərkəzi Bank eyni qərarla “Fintrend” BOKT-un da lisenziyasını ləğv edib. Bu təşkilatla bağlı qərara səbəb prudensial tələblərə riayət edilməməsi və Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim edilməsidir.
Qanunvericiliyə əsasən, lisenziyanın ləğvi barədə qərar qüvvəyə mindiyi gündən BOKT fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən edilmiş qaydada ləğv olunur.
17:42 / 11 Noyabr 2026
1
17:35 / 11 Noyabr 2026
36
17:16 / 11 Noyabr 2026
62
17:13 / 11 Noyabr 2026
107
17:12 / 11 Noyabr 2026
56
16:35 / 11 Noyabr 2026
92
16:07 / 11 Noyabr 2026
105
16:04 / 11 Noyabr 2026
240
16:01 / 11 Noyabr 2026
113
16:00 / 11 Noyabr 2026
90
15:50 / 11 Noyabr 2026
103
15:50 / 11 Noyabr 2026
109
15:40 / 11 Noyabr 2026
99
15:31 / 11 Noyabr 2026
685
15:27 / 11 Noyabr 2026
778
15:13 / 11 Noyabr 2026
118
15:07 / 11 Noyabr 2026
186
14:51 / 11 Noyabr 2026
133
14:43 / 11 Noyabr 2026
212
14:39 / 11 Noyabr 2026
374
14:36 / 11 Noyabr 2026
134
14:26 / 11 Noyabr 2026
5814
14:13 / 11 Noyabr 2026
966
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.