General şəhid oğlunun toyunda belə RƏQS ETDİ -VİDEO
10 Noyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
538
01.10.2026, 10:43
"Azərbaycan Respublikası hərbi təcavüzün ağır nəticələrindən əziyyət çəkən ölkə kimi öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanaraq bərpa etmiş və beləliklə, bu hərbi münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsini təmin etdib".
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda bildirib.
O qeyd edib ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq məhz Azərbaycan Prezidenti Ermənistan Respublikasına regionda davamlı sülh yaratmağı təklif edib və sülh prosesinin irəli aparılması üçün bütün real addımları atıb:
“2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması göstərdi ki, onilliklər boyu davam etmiş münaqişədən sonra etimad qurmaq mümkündür. Ermənistan Respublikası və erməni xalqının bu tarixi məsuliyyəti düzgün qiymətləndirməsi və sülhün hüquqi öhdəliklər üzərində təsbit olunması üçün bütün lazımi addımları atması çox vacibdir.
Biz AQEM-in Asiya məkanında tanınan və dövlətlərin suveren bərabərliyi prinsiplərinə əsaslanaraq açıq dialoqu təşviq edən, ölkələr arasında etimadın möhkəmləndirilməsinə töhfə verən və çoxtərəfli əməkdaşlığın inkişafına yeni dinamika qazandıran etibarlı platforma kimi rolunu yüksək qiymətləndiririk”.
O qeyd edib ki, Azərbaycan Respublikası AQEM sədrliyi çərçivəsində bu qurumun institusional inkişafı, beynəlxalq təşkilata transformasiyası və sahəvi əməkdaşlığın genişləndirilməsi istiqamətlərində, habelə AQEM məkanında etimadın artırılmasına və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verib.
19:40 / 10 Noyabr 2026
6
19:26 / 10 Noyabr 2026
45
19:20 / 10 Noyabr 2026
217
19:06 / 10 Noyabr 2026
78
18:58 / 10 Noyabr 2026
331
18:56 / 10 Noyabr 2026
80
18:39 / 10 Noyabr 2026
123
18:26 / 10 Noyabr 2026
178
18:25 / 10 Noyabr 2026
131
18:19 / 10 Noyabr 2026
127
18:17 / 10 Noyabr 2026
106
18:04 / 10 Noyabr 2026
127
18:02 / 10 Noyabr 2026
1185
17:54 / 10 Noyabr 2026
124
17:42 / 10 Noyabr 2026
138
17:35 / 10 Noyabr 2026
108
17:16 / 10 Noyabr 2026
417
17:10 / 10 Noyabr 2026
162
17:06 / 10 Noyabr 2026
240
16:55 / 10 Noyabr 2026
844
16:47 / 10 Noyabr 2026
126
16:41 / 10 Noyabr 2026
114
16:35 / 10 Noyabr 2026
214
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.