Yeni qərar qüvvəyə mindi:Gecikdirilmiş borclar...
10 Noyabr 2026, 20:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
264
01.10.2026, 10:39
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.
Dövlət Vergi Xidmətindən Oxu24.com-a verilən məlumta görə, yeni qeydiyyata alınan şirkətlər İsveçin “Spotify AB” və Sinqapurun “TikTok Pte. Ltd.” şirkətləridir. Hər iki şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 1 oktyabr 2026-cı il tarixindən qüvvəyə minib.
Qeydiyyata alınmış qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına göstərilən xidmətlərə görə edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu halda ƏDV-ni həmin şirkətlər özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması rəqəmsal iqtisadiyyat üzrə yeni vergi mexanizminin tətbiqinə hazırlıq prosesinin mühüm nəticələrindən biridir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin formalaşdırılması, həmçinin vergi öhdəliklərinin yerinə yetirilməsi üçün əlverişli mexanizmlərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.
Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
20:54 / 10 Noyabr 2026
1
20:46 / 10 Noyabr 2026
56
20:35 / 10 Noyabr 2026
77
20:17 / 10 Noyabr 2026
77
20:10 / 10 Noyabr 2026
736
19:59 / 10 Noyabr 2026
85
19:58 / 10 Noyabr 2026
86
19:52 / 10 Noyabr 2026
89
19:52 / 10 Noyabr 2026
84
19:43 / 10 Noyabr 2026
93
19:40 / 10 Noyabr 2026
113
19:26 / 10 Noyabr 2026
103
19:20 / 10 Noyabr 2026
590
19:06 / 10 Noyabr 2026
128
18:58 / 10 Noyabr 2026
750
18:56 / 10 Noyabr 2026
112
18:39 / 10 Noyabr 2026
220
18:26 / 10 Noyabr 2026
505
18:25 / 10 Noyabr 2026
159
18:19 / 10 Noyabr 2026
184
18:17 / 10 Noyabr 2026
136
18:04 / 10 Noyabr 2026
228
18:02 / 10 Noyabr 2026
1522
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.