Sürücülərin diqqətinə!Yollarda dəyişiklik oldu
06 Noyabr 2026, 00:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
299
26.09.2026, 12:30
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Nazirlikdən Oxu24.com-a verilən xəbərə görə, tədbirdə FHN Akademiyasının rəhbərliyi, Vətən müharibəsi iştirakçısı, qazi, ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuş şəhid Turan Məhərrəmovun atası Tərlan Məhərrəmov, professor-müəllim heyəti və kursantlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev iştirakçıları salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışıb. B.Salayev çıxışında Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərdən geniş bəhs edib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib. O, bu Qələbənin Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, hərbi qulluqçuların yüksək peşəkarlığının, Prezident-Xalq-Ordu birliyinin və Vətən sevgisinin parlaq təzahürü olduğunu vurğulayıb.
Vətən müharibəsi iştirakçısı, qazi, ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev Vətən müharibəsi illərində cəbhədə yaşanan hadisələr, Azərbaycan hərbçilərinin göstərdiyi misilsiz şücaət və qəhrəmanlıq nümunələri barədə ətraflı danışıb. O, döyüşlər zamanı şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığının, komandir-əsgər münasibətlərinin və hərbi intizamın mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən FHN Akademiyasının Hərbi kafedrasının müəllimi, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev Vətən müharibəsinin hərbi və mənəvi əhəmiyyətindən danışaraq, 44 günlük müharibənin Azərbaycan tarixində xüsusi yer tutduğunu qeyd edib. O, müharibə zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş hazırlığı, müasir hərbi taktika və peşəkarlıq barədə fikirlərini bölüşüb.
Daha sonra şəhid Turan Məhərrəmovun atası Tərlan Məhərrəmov çıxış edərək oğlunun şərəfli həyat və döyüş yolundan, onun Vətənə olan sevgisindən və şəhidlik zirvəsinə ucalmasından danışıb.
Tədbir çərçivəsində şəhid Turan Məhərrəmovun xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
00:08 / 06 Noyabr 2026
39
23:34 / 05 Noyabr 2026
454
23:10 / 05 Noyabr 2026
77
22:44 / 05 Noyabr 2026
974
22:33 / 05 Noyabr 2026
104
22:27 / 05 Noyabr 2026
78
22:20 / 05 Noyabr 2026
93
22:14 / 05 Noyabr 2026
90
22:06 / 05 Noyabr 2026
82
21:53 / 05 Noyabr 2026
82
21:50 / 05 Noyabr 2026
116
21:40 / 05 Noyabr 2026
101
21:35 / 05 Noyabr 2026
210
21:27 / 05 Noyabr 2026
521
21:25 / 05 Noyabr 2026
100
21:15 / 05 Noyabr 2026
276
21:14 / 05 Noyabr 2026
109
21:00 / 05 Noyabr 2026
296
20:58 / 05 Noyabr 2026
134
20:47 / 05 Noyabr 2026
237
20:44 / 05 Noyabr 2026
127
20:37 / 05 Noyabr 2026
151
20:22 / 05 Noyabr 2026
295
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.