Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
25 Noyabr 2026, 14:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1145
25.09.2026, 13:58
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir.
Oxu24.com xəbər vereir ki, Milli Məclisin Əmək və sosial siyasət və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Yeni islahat tədbirləri pensiyaların indeksasiya mexanizminin daha təkmil, ədalətli və optimal şəkildə qurulmasına istiqamətlənib. Bu məqsədlə hər il orta aylıq əməkhaqqına (1 avqust 2026-cı il tarixə 1176,7 manat) qədər olan pensiyaların indeksasiya faizi tam tətbiq edilməklə, pensiya orta aylıq əməkhaqqından yüksək olduqda isə yüksək olan hissəsinə 0,2-0,5 əmsalları tətbiq olunmaqla indeksləşdirmənin aparılması nəzərdə tutulur.
Hazırda pensiyaçıların 90 faizdən çoxunun pensiyalarının orta aylıq əməkhaqqına qədər məbləğlərdə olduğunu nəzərə alsaq, bu yeni mexanizm onlara şamil olunmayacaq və pensiyaları əvvəli qaydada, yəni indeksasiya faizi tam tətbiq edilməklə indeksləşdirilib artırılacaq. Digər pensiyaçıların (10 faizə yaxın pensiyaçının) pensiyalarının orta aylıq əməkhaqqına qədər olan hissəsinə də indeksasiya faizi tam tətbiq edilməklə indeksləşdirilib artırılacaq, pensiyalarının yalnız bundan yüksək olan hissəsinə yeni mexanizm (0,2-0,5 əmsalları) tətbiq olunacaq.
15:03 / 25 Noyabr 2026
1
14:58 / 25 Noyabr 2026
21
14:57 / 25 Noyabr 2026
38
14:33 / 25 Noyabr 2026
59
14:30 / 25 Noyabr 2026
75
14:29 / 25 Noyabr 2026
59
14:21 / 25 Noyabr 2026
62
14:03 / 25 Noyabr 2026
276
14:02 / 25 Noyabr 2026
111
14:00 / 25 Noyabr 2026
114
13:56 / 25 Noyabr 2026
98
13:47 / 25 Noyabr 2026
92
13:45 / 25 Noyabr 2026
104
13:27 / 25 Noyabr 2026
657
13:15 / 25 Noyabr 2026
118
13:11 / 25 Noyabr 2026
756
13:10 / 25 Noyabr 2026
138
12:58 / 25 Noyabr 2026
127
12:57 / 25 Noyabr 2026
100
12:55 / 25 Noyabr 2026
124
12:52 / 25 Noyabr 2026
119
12:45 / 25 Noyabr 2026
118
12:37 / 25 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.