5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
346
14.09.2026, 22:40
Azərbaycan Mərkəzi Bankı bank olmayan kredit təşkilatlarında gündəlik kreditlərin restrukturizasiyası üzrə tələbləri yeniləyib.
Yeni yanaşmaya görə, kreditin bir dəfə restrukturizasiyası onun kateqoriyasının yaxşılaşdırılmasına imkan verməyəcək. Təkrar restrukturizasiya zamanı isə kredit daha riskli aktiv kimi qiymətləndirilə bilər. Dəyişikliyin kredit bazarında borclanma risklərinin daha diqqətlə qiymətləndirilməsinə və problemli kreditlərin artımının qarşısının alınmasına təsir göstərəcəyi gözlənilir.
Oxu24.com xəbər verir ki, Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, kreditlər Mərkəzi Bankın müəyyən etdiyi qaydalara əsasən müxtəlif kateqoriyalara bölünür:
“Banklar və bank olmayan kredit təşkilatları üçün tətbiq olunan tələblər fərqli olsa da, kreditlərin kateqoriyalara ayrılmasının əsas mahiyyəti eynidir. Bu bölgü kreditlərin risk səviyyəsinə əsaslanır. İlkin kateqoriyalar daha aşağı riskli kreditləri əhatə edir. Kredit üzrə gecikmələr və digər risk göstəriciləri artdıqca onun aid olduğu kateqoriya da dəyişir və risk səviyyəsi yüksəlir.
Hər bir kredit kateqoriyasına uyğun olaraq banklar və bank olmayan kredit təşkilatları müəyyən həcmdə ehtiyat yaratmalıdırlar. Kreditin risk səviyyəsi yüksəldikcə, həmin kredit üzrə ayrılmalı ehtiyatın məbləği də artır”.
Ekspert qeyd edib ki, restrukturizasiya isə kreditin mövcud şərtlərinin dəyişdirilməsi deməkdir:
“Məsələn, borcalanın krediti əvvəlki müddətdə ödəmək imkanının olmaması səbəbindən ödəniş müddətinin uzadılması restrukturizasiya hesab olunur. Qaydalara əsasən, kredit bir dəfə restrukturizasiya edildikdə onun əvvəlki, daha aşağı riskli kateqoriyada saxlanılması mümkün olmur.
Belə kreditin kateqoriyası dəyişdirilməli və daha yüksək riskli kredit kimi qiymətləndirilməlidir. Bununla əlaqədar həmin kredit üzrə daha çox ehtiyat yaradılması tələb olunur. Ehtiyatların yaradılmasında əsas məqsəd kreditin geri qaytarılmaması halında yarana biləcək itkiləri qarşılamaqdır. Bu mexanizm bankların və bank olmayan kredit təşkilatlarının maliyyə risklərini azaltmağa xidmət edir”.
İqtisadçı diqqətə çatdırıb ki, bank olmayan kredit təşkilatının müəyyən məbləğdə vəsaiti varsa və həmin vəsaitin böyük hissəsi kredit şəklində müştərilərə təqdim olunubsa, kreditlərin risk səviyyəsinin yüksəlməsi təşkilatı əlavə ehtiyat yaratmağa məcbur edir:
“Ehtiyatların artırılması isə həmin vəsaitlərin kreditləşməyə yönəldilməsi imkanlarını məhdudlaşdırır. Beləliklə, kreditlərin kateqoriyasının pisləşməsi yalnız konkret kredit üzrə riskin artması ilə nəticələnmir.
Bu, eyni zamanda kredit təşkilatının daha çox vəsaiti ehtiyatda saxlamasını tələb edir və onun yeni kreditlər vermək imkanlarını məhdudlaşdırır. Bu mexanizmin əsas məqsədlərindən biri problemli kreditlərin artmasının qarşısını almaq və kredit təşkilatlarının mümkün maliyyə itkilərinə qarşı dayanıqlığını təmin etməkdir”.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.