Milli Məclisin deputatına ağır itki üz verdi
07 Noyabr 2026, 21:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
267
08.09.2026, 12:00
Azərbaycanda kənd təsərrüfatında əsas prioritet kiçik fermerlərin iqlim dəyişikliklərinə uyğunlaşmasıdır.
Oxu24.com xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster"Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026)" ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Dünya Bankı Azərbaycanın və xüsusilə kənd təsərrüfatı sektorunun uzun müddətdir ki, tərəfdaşıdır: "Belə ki, ölkədə fəaliyyətimizə 1990-cı illərdə, ilkin olaraq torpaq islahatlarına diqqət yetirməklə başlamışıq. O vaxtdan bəri həm kiçik torpaq sahiblərinə (fermerlərə), həm də genişmiqyaslı kənd təsərrüfatına investisiya qoyuluşuna keçid də daxil olmaqla, əhəmiyyətli maliyyələşmə ilə 9-a yaxın layihə həyata keçirmişik. Bank kənd təsərrüfatını Azərbaycan iqtisadiyyatının əsas hissəsi kimi görür. Bu sektor Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının sosial, insani, iqtisadi, hhəmçinin ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı bir çox əsas sütunlarını özündə birləşdirir. Bu, qeyri-neft iqtisadiyyatına böyük töhfə verən, mühüm məşğulluq və eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi imkanları yaradan bir sahədir".
Ş.Ştallmayster vurğulayıb ki, amma bu sahə iqlim dəyişikliyinə və deqradasiyaya qarşı həssasdır: "Buraya daha yüksək temperatur proqnozları, dəyişkən və azalan yağıntılar, güclü yağış hadisələri və məhsuldarlığın azalması daxildir. Bu, həmçinin otlaq sahələrinin məhsuldarlığının dəyişməsi vasitəsilə heyvandarlığa da mənfi təsir göstərir və məhsuldarlığı azaldır. İqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirləri ilk növbədə, uyğunlaşma tədbirlərini tətbiq etmək imkanları daha məhdud olan kiçik fermer təsərrüfatlarına zərər vurur. Digər tərəfdən, həm böyük, həm də kiçik miqyasda tətbiq olunması o qədər də çətin olmayan uyğunlaşma həlləri mövcuddur. Bizim vəzifəmiz bu həll yollarını fermerlərə çatdırmaqdır. Azərbaycanda isə kənd təsərrüfatı iqtisadiyyatında üstünlük təşkil edən məhz kiçik fermerlərdir".
21:03 / 07 Noyabr 2026
1
20:57 / 07 Noyabr 2026
22
20:54 / 07 Noyabr 2026
54
20:45 / 07 Noyabr 2026
101
20:38 / 07 Noyabr 2026
64
20:20 / 07 Noyabr 2026
1293
20:15 / 07 Noyabr 2026
88
20:10 / 07 Noyabr 2026
94
20:03 / 07 Noyabr 2026
73
19:58 / 07 Noyabr 2026
95
19:53 / 07 Noyabr 2026
3516
19:38 / 07 Noyabr 2026
95
19:37 / 07 Noyabr 2026
114
19:24 / 07 Noyabr 2026
745
19:11 / 07 Noyabr 2026
134
19:07 / 07 Noyabr 2026
111
19:04 / 07 Noyabr 2026
224
18:55 / 07 Noyabr 2026
113
18:53 / 07 Noyabr 2026
448
18:52 / 07 Noyabr 2026
186
18:22 / 07 Noyabr 2026
110
18:12 / 07 Noyabr 2026
114
18:08 / 07 Noyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.