İpoteka ilə bağlı RƏSMİ XƏBƏR
05 Noyabr 2026, 07:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
275
05.09.2026, 18:08
Şuşada qayalara və təbiət ərazilərinə müxtəlif yazıların yazılması, işarələrin qoyulması yolverilməzdir və bu kimi halların qarşısının alınması üçün maarifləndirmə işləri gücləndirilməlidir.
Modern.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov belə deyib.
Onun sözlərinə görə, buna bənzər hallara əvvəllər Azərbaycanın digər turizm məkanlarında da rast gəlinib.
“Təəssüf ki, bu kimi hallar bəzən müşahidə olunur. Vaxtilə Qobustanda qayalara müəyyən yazıların yazılması və işarələrin qoyulması halları olub. Göygöl ziyarətçilərin üzünə açıldıqdan sonra da ərazinin zibillənməsi, ağaclara və hasarlara müxtəlif yazıların yazılması cəhdləri müşahidə edilirdi. Bu gün də Qarabağın gözü olan Şuşada qayalara yazı yazanlara rast gəlmək mümkündür”, - ekspert bildirib.
C.Aşurov qeyd edib ki, belə hallar dünyanın müxtəlif turizm məkanlarında da mövcuddur. Lakin bunun beynəlxalq praktikada da baş verməsi həmin davranışı qəbulolunan etmir:
“Məsələn, Eyfel qülləsinin üzərində də müxtəlif yazılara rast gəlmək mümkündür. Amma istənilən halda bu, xoşagəlməz və yolverilməz haldır”.
Ekspert hesab edir ki, xüsusilə Şuşa və Qarabağ istiqamətində turistlərin böyük hissəsinin təşkil olunmuş turlarla səfər etməsi nəzərə alınmalı, turizm şirkətləri və bələdçilər bu istiqamətdə daha fəal maarifləndirmə aparmalıdırlar.
“Turizm şirkətləri və bələdçilər turistlərə əvvəlcədən izah etməlidirlər ki, tarixi abidələrə, qayalara, ağaclara və digər təbiət obyektlərinə yazı yazmaq, işarələr qoymaq olmaz. Cərimələr nəzərdə tutulsa da, təəssüf ki, ayrı-ayrı hallarda buna yenə rast gəlinir”, - o vurğulayıb.
Ceyhun Aşurov bildirib ki, bu hallar kütləvi xarakter daşımır və onların qarşısını almaq mümkündür.
“Bu, yalnız hansısa dövlət və ya icra qurumunun işi deyil. Vətəndaşlar, turizm şirkətləri, bələdçilər və yerli sakinlər də bu məsələdə məsuliyyət daşıyırlar. Belə bir hal gördükdə onun qarşısını almağa çalışmaq və insanları tarixi abidələrə, təbiətə zərər vura biləcək davranışlardan çəkindirmək lazımdır”.
Ekspertin sözlərinə görə, Qarabağda geniş quruculuq işlərinin aparıldığı bir dövrdə həmin ərazilərin tarixi, mədəni və təbii görünüşünün qorunması xüsusilə vacibdir.
07:00 / 05 Noyabr 2026
23
05:00 / 05 Noyabr 2026
93
03:30 / 05 Noyabr 2026
95
01:05 / 05 Noyabr 2026
125
00:23 / 05 Noyabr 2026
383
00:18 / 05 Noyabr 2026
323
00:16 / 05 Noyabr 2026
926
23:48 / 04 Noyabr 2026
306
23:44 / 04 Noyabr 2026
254
23:40 / 04 Noyabr 2026
209
23:35 / 04 Noyabr 2026
195
23:33 / 04 Noyabr 2026
162
23:30 / 04 Noyabr 2026
203
23:26 / 04 Noyabr 2026
135
23:22 / 04 Noyabr 2026
185
23:17 / 04 Noyabr 2026
228
23:14 / 04 Noyabr 2026
140
23:12 / 04 Noyabr 2026
147
23:04 / 04 Noyabr 2026
214
22:59 / 04 Noyabr 2026
219
22:51 / 04 Noyabr 2026
165
22:38 / 04 Noyabr 2026
179
22:34 / 04 Noyabr 2026
371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.