Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
12 Oktyabr 2026, 22:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
381
02.09.2026, 14:48
Daşınmaz əmlakın dövlət reyestri və kadastrı vahid sistemdə birləşdirilir.
Oxu24.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara edilən dəyişiklikdə əksini tapıb.
Qanunda daşınmaz əmlakın dövlət reyestri və kadastrının vahid sistemdə birləşdirilməsi və məlumatların vahid məntəqədən əldə edilməsinin və saxlanılmasının təmin edilməsi nəzərdə tutulur. Təklif olunan dəyişikliyə əsasən, dövlət kadastrına daxil edilməli olan məlumatların dairəsi və həmin məlumatların dövlət kadastrına daxil olma əsasları konkretləşdirilir. Belə ki, Azərbaycan Respublikasının dövlət sərhədləri, ərazi vahidlərinin, bələdiyyələrin və yaşayış məntəqələrinin sərhədləri, torpaq sahəsinin kateqoriyası, təyinatı, ərazi planlaşdırılması və zonalaşdırılmasına dair məlumatlar, infrastruktur obyektləri və onların mühafizə zonaları barədə məlumatlar, Azərbaycan Respublikasının daxili suları (çaylar, göllər və s.) və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi və onların mühafizə zonalarına dair məlumatlar, habelə daşınmaz əmlakın dövlət reyestrinin fəslinin məlumatları (üzərində hüquqların qeydiyyata alındığı daşınmaz əmlaklar barədə məlumatlar) dövlət kadastrına daxildir. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqları barədə məlumatlar, hüquq sahibi (sahibləri), eləcə də mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması barədə məlumatlar isə reyestr məlumatları kimi təsnif edilir. Daşınmaz əmlakın dövlət reyestrinin əmlakın təsvirinə dair müvafiq fəslinin (I fəslin) məlumatları ilə kadastr məlumatları birləşdirilərək informasiya sisteminin tamlığı prinsipi əsas götürülüb. Bununla dövlət informasiya ehtiyatlarında saxlanılan məlumatlar arasında ziddiyyətlərin tam olaraq aradan qaldırılması təmin ediləcək.
Eyni zamanda qanuna görə dövlət reyestri "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi vasitəsilə elektron üsulla aparılacaq.
22:08 / 12 Oktyabr 2026
22
22:04 / 12 Oktyabr 2026
44
21:53 / 12 Oktyabr 2026
46
21:42 / 12 Oktyabr 2026
1171
21:38 / 12 Oktyabr 2026
53
21:31 / 12 Oktyabr 2026
112
21:29 / 12 Oktyabr 2026
199
21:28 / 12 Oktyabr 2026
112
21:26 / 12 Oktyabr 2026
69
21:20 / 12 Oktyabr 2026
97
21:19 / 12 Oktyabr 2026
175
21:04 / 12 Oktyabr 2026
3256
20:58 / 12 Oktyabr 2026
116
20:53 / 12 Oktyabr 2026
100
20:46 / 12 Oktyabr 2026
55
20:40 / 12 Oktyabr 2026
160
20:35 / 12 Oktyabr 2026
140
20:34 / 12 Oktyabr 2026
65
20:15 / 12 Oktyabr 2026
2907
20:05 / 12 Oktyabr 2026
170
19:59 / 12 Oktyabr 2026
2120
19:56 / 12 Oktyabr 2026
905
19:50 / 12 Oktyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.