Azərbaycanda torpaqlarla bağlı yeni QƏRAR VERİLİR
20 Noyabr 2026, 13:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
358
31.08.2026, 19:01
Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, “Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və digər məsul şəxslər iştirak ediblər.
Görüşün əsas məqsədi yerli kənd təsərrüfatı məhsullarının pərakəndə satış şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi, tədarük prosesinin daha səmərəli təşkili, fermerlərlə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlərin müzakirəsi olub.
Görüş zamanı Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun qida təhlükəsizliyi və keyfiyyət məsələləri üzrə müşaviri Şəhla Yusifzadə və “Araz” Supermarketlər Şəbəkəsinin təzə məhsullar üzrə Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Vüqar Quliyev tərəfindən “Meyvə-tərəvəz və ət tədarükü zənciri” mövzusunda təqdimat keçirilib. Təqdimatda kənd təsərrüfatı məhsullarının istehsalçıdan satış nöqtəsinədək keçdiyi mərhələlər, qəbul və saxlanma şərtləri, keyfiyyətə nəzarət mexanizmləri, logistika imkanları və mövcud əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verilib.
Daha sonra tərəflər yerli məhsulların pərakəndə ticarət şəbəkələrində payının artırılması, fermerlərin satış imkanlarının genişləndirilməsi, məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, tədarük prosesində dayanıqlılığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Müzakirələrin yekununda Veysəloğlu Şirkətlər Qrupu ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi, müvafiq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı razılıq əldə olunub.
Bu çərçivədə hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və kənd təsərrüfatı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşün sonunda nazirliyin nümayəndə heyətinə logistika mərkəzinin infrastrukturu, məhsulların qəbulu saxlanması prosesi, temperatur rejiminə nəzarət sistemi, logistika əməliyyatları və qida təhlükəsizliyi standartları barədə məlumat verilib.
13:54 / 20 Noyabr 2026
1
13:41 / 20 Noyabr 2026
91
13:35 / 20 Noyabr 2026
46
13:27 / 20 Noyabr 2026
52
13:25 / 20 Noyabr 2026
58
13:17 / 20 Noyabr 2026
61
13:13 / 20 Noyabr 2026
59
13:08 / 20 Noyabr 2026
272
13:06 / 20 Noyabr 2026
66
13:01 / 20 Noyabr 2026
67
13:00 / 20 Noyabr 2026
86
12:52 / 20 Noyabr 2026
83
12:50 / 20 Noyabr 2026
72
12:48 / 20 Noyabr 2026
80
12:47 / 20 Noyabr 2026
169
12:37 / 20 Noyabr 2026
81
12:30 / 20 Noyabr 2026
78
12:23 / 20 Noyabr 2026
245
12:11 / 20 Noyabr 2026
84
11:43 / 20 Noyabr 2026
105
11:42 / 20 Noyabr 2026
221
11:36 / 20 Noyabr 2026
100
11:20 / 20 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.