Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
19 Avqust 2026, 09:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
53
19.08.2026, 09:09
Qaradağ rayonun Müşfiqabad qəsəbəsində yaşayış binasının ətrafında sürüşmə təhlükəsi getdikcə artır.
Oxu24.com Xəzər Tv-yə istinadən xəbər verir ki, güclü yağış və sel nəticəsində vermiş uçqun isə hələ də aradan qaldırılmayıb.
İri beton konstruksiyalar avtomobillərin üzərinə aşıb.
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin sakinləri deyirlər ki, bir müddət əvvəl yağan güclü yağış və sel nəticəsində yaranan uçqun və torpaq sürüşməsinin fəsadları hələ də aradan qaldırılmayıb. Əksinə, ərazidə vəziyyətin daha da ağırlaşdığı, yaşayış binasının ətrafında uçqun təhlükəsinin yarandığı bildirilir.
Sakinlərin sözlərinə görə, sürüşmə nəticəsində binanın ətrafında torpaq qatında ciddi dəyişikliklər baş verib. Hazırda ərazidə uçqun təhlükəsinin olması və yaşayış binasında bəzi çatların əmələ gəlməsi sakinlərin narahatlığını artırıb. Onlar mümkün təhlükənin qarşısının vaxtında alınmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini istəyirlər.
Məsələ ilə bağlı Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən bildirildi ki, problemin aradan qaldırılması məqsədilə FHN-ə və digər aidiyyəti qurumlara müraciət olunub. Müraciətə yenidən baxılacağı və problemin həlli üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib.
09:58 / 19 Avqust 2026
20
09:37 / 19 Avqust 2026
39
09:25 / 19 Avqust 2026
44
09:12 / 19 Avqust 2026
51
08:59 / 19 Avqust 2026
60
08:51 / 19 Avqust 2026
53
00:29 / 19 Avqust 2026
68
23:51 / 18 Avqust 2026
89
23:16 / 18 Avqust 2026
123
22:48 / 18 Avqust 2026
73
22:48 / 18 Avqust 2026
79
22:36 / 18 Avqust 2026
142
22:02 / 18 Avqust 2026
136
21:50 / 18 Avqust 2026
137
21:29 / 18 Avqust 2026
130
21:21 / 18 Avqust 2026
141
21:20 / 18 Avqust 2026
152
21:16 / 18 Avqust 2026
121
20:34 / 18 Avqust 2026
100
20:08 / 18 Avqust 2026
91
19:50 / 18 Avqust 2026
94
19:45 / 18 Avqust 2026
155
19:19 / 18 Avqust 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.