Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28 İyul 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
69
28.07.2026, 13:20
İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin Azərbaycanın dövlət kanalı AzTV başda olmaqla bir sıra xarici media qurumlarını “düşmən media” siyahısına daxil etməsi və əməkdaşlıq edənləri cinayət məsuliyyəti ilə hədələməsi iki ölkə arasındakı münasibətlərdə növbəti gərginlik dalğası yaradıb. Tehranın bu addımı təkcə media müstəvisində deyil, diplomatik və siyasi müstəvidə də suallar doğurur. Xüsusilə də rəsmi dövlət kanalının hədəf alınmasının gələcək ikitərəfli əlaqələrə necə təsir göstərəcəyi və Bakının buna adekvat cavab mexanizmləri diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi şərhçi Taleh Əliyev məsələnin pərdəarxası məqamlarını və mümkün nəticələrini şərh edib.
Siyasi şərhçi Taleh Əliyevin sözlərinə görə, İranın bu addımı mehriban qonşuluq ruhuna ziddir və cavabsız qalmayacaq:
“İran zaman-zaman Azərbaycana və onun ayrı-ayrı qurumlarına, xüsusən də media vasitələrinə qarşı gərəzli və düşmən münasibət sərgiləyib. Hazırkı həssas dövrdə Azərbaycanın rəsmi dövlət kanalının düşmən media siyahısına daxil edilməsi, heç şübhəsiz ki, qonşuluq və əməkdaşlıq ruhuna tamamilə ziddir”.
Onun sözlərinə görə, İranda xüsusilə SEPAH və radikal panfarsist qruplaşmalar Azərbaycanla münasibətlərin normallaşmasında deyil, gərginliyin davam etməsində maraqlıdırlar:
“Artıq Azərbaycan Media İnkişafı Agentliyi də adekvat addım ataraq İranın Səhər TV kanalını və Mehr agentliyini arzuolunmaz media elan edib, vətəndaşlarımıza onlarla əməkdaşlıq etməməyi tövsiyə edib”.
Taleh Əliyev təkcə bu iki medianın deyil, həm də İranın dövlət mediasının böyük əksəriyyətinin də həm Azərbaycan dövlətinə, həm də bütövlükdə xalqımıza qarşı qərəzli mövqedə olduğunu vurğulayıb.
Siyasi şərhçi həmçinin, əlavə edib ki, Azərbaycan heç vaxt İranla münasibətlərdə əlavə gərginlik tərəfdarı olmayıb. Lakin İran tərəfindən bu qəbilədən olan addımlar atıldıqda, Azərbaycan tərəfi də adekvat cavabını verir:
“Azərbaycan öz mövqeyini hər zaman bəyan edib: qonşuluq münasibətləri bərabərhüquqlu və qarşılıqlı maraqlar əsasında qurulmalıdır. Bura riayət edən dövlətlərlə əlaqələr inkişaf edir, gərəzli mövqe tutanlara isə adekvat reaksiya verilir”.
Çimnaz Telmanqızı
14:32 / 28 İyul 2026
4
14:31 / 28 İyul 2026
1
14:30 / 28 İyul 2026
12
14:14 / 28 İyul 2026
36
14:11 / 28 İyul 2026
38
13:55 / 28 İyul 2026
41
13:40 / 28 İyul 2026
48
12:59 / 28 İyul 2026
71
12:55 / 28 İyul 2026
76
12:50 / 28 İyul 2026
517
12:46 / 28 İyul 2026
159
12:45 / 28 İyul 2026
70
12:35 / 28 İyul 2026
78
12:30 / 28 İyul 2026
78
12:20 / 28 İyul 2026
351
12:15 / 28 İyul 2026
79
12:12 / 28 İyul 2026
82
12:04 / 28 İyul 2026
334
11:59 / 28 İyul 2026
82
11:59 / 28 İyul 2026
145
11:59 / 28 İyul 2026
79
11:41 / 28 İyul 2026
676
11:40 / 28 İyul 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.