Bələdiyyə hansı torpağa görə ödəniş tələb edə bilər? – Vəkil açıqladı
23 İyul 2026, 16:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
99
23.07.2026, 14:02
İşəgötürən tərəfindən işçinin müxtəlif yollarla təzyiqə məruz qalaraq öz ərizəsi ilə işdən çıxmağa məcbur edilməsi əmək münasibətlərində ən çox rast gəlinən problemlərdən biridir. Bir çox hallarda işçilər rəhbərliyin təzyiqi, hədəsi və ya psixoloji təsiri altında işdən çıxmaq barədə ərizə yazmağa məcbur olur, sonradan isə hüquqlarını necə bərpa edəcəklərini bilmirlər.
Oxu24.com-a açıqlama verən vəkil Aysel Həsənova bildirib ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyi işçilərin hüquqlarını qoruyur və heç bir işəgötürənin əməkdaşını təzyiq və ya hədə-qorxu yolu ilə işdən çıxmağa məcbur etmək hüququ yoxdur.
Vəkilin sözlərinə görə, işçi öz ərizəsi ilə işdən çıxsa belə, əgər həmin ərizə könüllü şəkildə deyil, məcburiyyət, psixoloji təzyiq və ya hədə-qorxu altında yazılıbsa, bu hal məhkəmə qaydasında mübahisələndirilə bilər.
“Bəzən vətəndaşlar bildirirlər ki, rəhbərlik onlara seçim qoyub – ya öz ərizənlə çıx, ya da başqa problemlərlə üzləşəcəksən. Belə vəziyyətlərdə yazılan ərizə formal olaraq könüllü görünsə də, əslində iradə azadlığı pozulduğu üçün hüquqi baxımdan mübahisələndirilə bilər. Əmək qanunvericiliyi işçinin bu cür hallarda pozulmuş hüquqlarının müdafiəsinə imkan verir”, – deyə Aysel Həsənova bildirib.
O qeyd edib ki, işçi ilk növbədə məhkəməyə müraciət etməli və ərizəni öz iradəsi ilə deyil, təzyiq altında yazdığını sübut etməyə çalışmalıdır.
“Belə işlərdə məhkəmə bütün halları araşdırır. Əgər müəyyən olunarsa ki, işçi həqiqətən də hədə-qorxu, psixoloji təzyiq və ya digər qanunsuz təsirlər nəticəsində ərizə yazmağa məcbur edilib, həmin işdən çıxarılma qanunsuz hesab edilə bilər”, – deyə vəkil vurğulayıb.
Aysel Həsənovanın sözlərinə görə, işçinin iddiası təmin edilərsə, məhkəmə onun əvvəlki vəzifəsinə bərpa olunması barədə qərar qəbul edə bilər.
“Qanunvericilik işçiyə yalnız iş yerinə qayıtmaq hüququ vermir. Əgər məhkəmə işdən çıxarılmanı qanunsuz hesab edərsə, işçi məcburi işsiz qaldığı dövr üçün əməkhaqqının ödənilməsini də tələb edə bilər. Yəni işə buraxılmadığı müddət ərzində itirdiyi əməkhaqqına görə kompensasiya almaq hüququ yaranır”, – deyə hüquqşünas bildirib.
Vəkil əlavə edib ki, bu cür mübahisələr yalnız məhkəmə qaydasında həll olunur və işçilər hüquqlarını qorumaq üçün vaxtında müraciət etməlidirlər.
Onun sözlərinə görə, təzyiq altında yazılmış ərizənin sübut olunması üçün şahid ifadələri, yazışmalar, səs yazıları, mesajlar və digər sübutlar mühüm əhəmiyyət daşıya bilər.
“İşçilər bilməlidirlər ki, işəgötürənin ‘ərizə yaz, özün çıx’ deməsi ilə məsələ bitmir. Əgər həmin ərizə məcburiyyət nəticəsində yazılıbsa, bunun hüquqi nəticələri var və işçi məhkəmə vasitəsilə həm iş yerinə bərpa oluna, həm də məcburi işsiz qaldığı dövr üçün kompensasiya ala bilər”, – deyə Aysel Həsənova qeyd edib.
Vəkil sonda vurğulayıb ki, əmək münasibətlərində hər iki tərəfin hüquq və vəzifələri qanunla müəyyən olunub və işçilər qanunsuz təzyiqlə üzləşdikdə hüquqlarını müdafiə etməkdən çəkinməməlidirlər. Onun sözlərinə görə, belə hallarda vaxtında hüquqi yardım almaq və məhkəməyə müraciət etmək pozulmuş hüquqların bərpası üçün ən effektiv hüquqi mexanizmdir.
16:10 / 23 İyul 2026
16
15:55 / 23 İyul 2026
32
15:40 / 23 İyul 2026
51
15:20 / 23 İyul 2026
60
15:19 / 23 İyul 2026
61
14:59 / 23 İyul 2026
61
14:40 / 23 İyul 2026
78
14:39 / 23 İyul 2026
79
14:25 / 23 İyul 2026
80
13:54 / 23 İyul 2026
103
13:53 / 23 İyul 2026
95
13:29 / 23 İyul 2026
98
13:28 / 23 İyul 2026
83
13:02 / 23 İyul 2026
106
12:40 / 23 İyul 2026
109
12:19 / 23 İyul 2026
101
12:17 / 23 İyul 2026
82
12:10 / 23 İyul 2026
88
12:02 / 23 İyul 2026
95
11:55 / 23 İyul 2026
114
11:52 / 23 İyul 2026
95
11:46 / 23 İyul 2026
195
11:45 / 23 İyul 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.