Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
22 İyul 2026, 12:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
74
22.07.2026, 10:21
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən, “Qayğı” MTK-ya məxsus yaşayış binasının 6 ədəd liftində plan üzrə yoxlama aparılıb.
Oxu24.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.
Yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Qayğı” MTK-nın qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı, həmçinin sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə MTK-nın hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.
12:26 / 22 İyul 2026
15
12:17 / 22 İyul 2026
30
12:14 / 22 İyul 2026
211
12:08 / 22 İyul 2026
82
11:58 / 22 İyul 2026
59
11:40 / 22 İyul 2026
65
11:30 / 22 İyul 2026
60
11:29 / 22 İyul 2026
54
11:15 / 22 İyul 2026
63
10:52 / 22 İyul 2026
66
10:49 / 22 İyul 2026
230
10:31 / 22 İyul 2026
73
10:23 / 22 İyul 2026
80
10:01 / 22 İyul 2026
85
09:46 / 22 İyul 2026
85
09:44 / 22 İyul 2026
92
09:41 / 22 İyul 2026
362
09:25 / 22 İyul 2026
77
09:22 / 22 İyul 2026
155
09:20 / 22 İyul 2026
75
09:16 / 22 İyul 2026
81
09:09 / 22 İyul 2026
83
00:09 / 22 İyul 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.