İvan Svetliçnının kassasiya şikayəti təmin edilmədi
15 İyul 2026, 13:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
67
15.07.2026, 12:17
Azərbaycan təhsilində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində növbəti böyük addım atılır. Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Satınalmanın ehtimal olunan qiyməti 2 milyon 499 min 299 manat təşkil edir. Tender şərtlərinə əsasən, bu vəsait hesabına məktəblərdə süni intellekt əsaslı davamiyyətə nəzarət, şagirdlər üçün fərdiləşdirilmiş öyrənmə və müəllimlər üçün avtomatlaşdırılmış qiymətləndirmə platformalarının qurulması nəzərdə tutulur. Bəs yeni texnologiyalar məktəblərdə müəllim əməyini yüngülləşdirəcək, yoxsa ənənəvi təhsil üçün müəyyən risklər yaradacaq?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını təhsil eksperti Məzahir Məmmədli cavablandırıb.
"Dünyada bu təcrübə var, amma süni intellekt müəllimi əvəz edə bilməz"
Məzahir Məmmədli bildirib ki, süni intellekt artıq təkcə elm və təhsilə deyil, məişətimizə qədər daxil olub və hər birimiz fərdi olaraq onun imkanlarından istifadə edirik:"Dünyanın inkişaf etmiş ölkələrində süni intellektin təhsilə tətbiqi ilə bağlı mühüm addımlar atılır. Hətta yaxınlarda Azərbaycan Respublikasının Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (və ya Elm Agentliyi/Elmlər Akademiyası xətti ilə) tərəfindən “repetitor müəllim” təşəbbüsü də irəli sürülmüşdü.Lakin mən Azərbaycan reallığında bu tipli layihələrin dərhal geniş vüsət alacağına inanmıram. Şübhəsiz ki, müəyyən mərhələlərdə uğurlu nəticələr əldə etmək olar. Amma bir həqiqət var: süni intellekt heç vaxt müəllimi əvəz edə bilməz”.
Vəsait hansı istiqamətlərə yönəldilməlidir?
Ekspertin fikrincə, ayrılan irihəcmli vəsaitin səmərəli xərclənməsi üçün süni intellektin rolunu düzgün müəyyənləşdirmək lazımdır. O, texnologiyanın yalnız köməkçi vasitə kimi effektiv ola biləcəyini vurğulayıb:"Süni intellekt təhsildə köməkçi rolda çıxış edə bilər. Məsələn, dərslərdən geri qalan şagirdlərə proqramı mənimsətmək üçün onlara fərdi suallar ünvanlamaq, sinif yoldaşlarının səviyyəsinə çatmaları üçün bilik və bacarıqlarını təkrarlamaq məqsədilə bu texnologiyadan yararlanmaq olar. Amma bunu ümumi təhsilin əsası etmək tezdir.Biz mütləq zamanla ayaqlaşmalı və qlobal sistemə inteqrasiya etməliyik. Lakin bu texnologiyadan yalnız bizə fayda verə biləcək real istiqamətlərdə istifadə etməliyik”.
"Milli mentalitet və kolorit nəzərə alınmalıdır"
Məzahir Məmmədli xüsusilə humanitar sahələrdə süni intellektin hələ ki, yetərsiz olduğunu diqqətə çatdırıb:"Bizim özümüzəməxsus mentalitetimiz, danışıq koloritimiz və təfəkkür tərzimiz var. Süni intellekt bizim ədəbiyyatımız, tariximiz və coğrafiyamızla bağlı məsələlərdə tam mənada yetərli deyil və bizi tam ifadə edə bilmir. Digər sahələrdə fayda verə bilsə də, humanitar və milli mövzularda bu boşluqlar qalmaqdadır”.
Sonda ekspert beynəlxalq təcrübəyə və tövsiyələrə də toxunub:"UNESCO-nun bu yaxınlarda açıqladığı rəsmi rəhbər prinsiplərə əsasən, məktəblərdə süni intellektin tətbiqi mütləq şəkildə müəllimlərin (şəxslərin və fərdlərin) vasitəçiliyi ilə həyata keçirilməlidir. Özbaşına hansısa bir robotu sinfə qoyub dərs keçməsini və ya imtahan götürməsini tələb etmək hələ çox tezdir. Bu məsələləri gələcəyin və zamanın ixtiyarına buraxmaq lazımdır. Mən Azərbaycanda bu prosesin canlı insan amilini sıxışdıraraq həddindən artıq geniş yayılmasını arzulamazdım”,- deyə ekspert qeyd edib.
Çimnaz Telmanqızı
14:08 / 15 İyul 2026
1
14:04 / 15 İyul 2026
14
14:00 / 15 İyul 2026
21
13:56 / 15 İyul 2026
35
13:34 / 15 İyul 2026
44
13:32 / 15 İyul 2026
41
13:28 / 15 İyul 2026
42
13:23 / 15 İyul 2026
49
13:21 / 15 İyul 2026
59
13:14 / 15 İyul 2026
59
13:10 / 15 İyul 2026
51
12:45 / 15 İyul 2026
61
12:30 / 15 İyul 2026
57
12:18 / 15 İyul 2026
62
11:56 / 15 İyul 2026
70
11:51 / 15 İyul 2026
75
11:49 / 15 İyul 2026
67
11:47 / 15 İyul 2026
74
11:43 / 15 İyul 2026
63
11:42 / 15 İyul 2026
68
11:40 / 15 İyul 2026
69
11:35 / 15 İyul 2026
62
11:33 / 15 İyul 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.