Əli Əsədovdan ərzaq təminatı ilə bağlı yeni QƏRAR
10 İyul 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
71
10.07.2026, 16:07
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın "Parlamentarilərin Rəqəmsal İdarəetmə üzrə Dialoqu" mövzusunda yüksək səviyyəli dialoqunda iştirak edib.
Bu barədə Oxu24.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Tədbirə onlayn formatda qatılan spiker Sahibə Qafarova çıxışında deyib ki, rəqəmsal idarəetmə mövzusu getdikcə beynəlxalq ictimaiyyət üçün daha böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, rəqəmsal transformasiya artıq sadəcə texnoloji proses deyil. O müasir idarəetmənin, dayanıqlı inkişafın və səmərəli dövlət xidmətlərinin göstərilməsinin əsas elementinə çevrilib.
Çıxışında Azərbaycanın rəqəmsal idarəetmənin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, bu yanaşmanın tərkib hissəsi kimi, Azərbaycan Prezidentinin Fərmanı ilə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində dövlət siyasətinin əlaqələndirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. O deyib ki, Şuraya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva sədrlik edir. Nəzərə çatdırılıb ki, Azərbaycan Milli Məclisi rəqəmsal innovasiyalar üçün hüquqi bazanın möhkəmləndirilməsi və eyni zamanda hüquqi müəyyənliyin təmin edilməsi istiqamətində aktiv fəaliyyət göstərir. Azərbaycan parlamentinin qanunvericilik fəaliyyətinin əhəmiyyətli hissəsi rəqəmsal idarəetmənin və elektron hökumətin inkişafına həsr olunub. Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir, mövcud qanunvericilik isə texnoloji tərəqqiyə və idarəetmə sahəsində yaranan yeni tələblərə uyğun olaraq mütəmadi şəkildə təkmilləşdirilir.
17:57 / 10 İyul 2026
16
17:53 / 10 İyul 2026
1
17:45 / 10 İyul 2026
25
17:42 / 10 İyul 2026
33
17:38 / 10 İyul 2026
34
17:30 / 10 İyul 2026
33
17:26 / 10 İyul 2026
38
17:20 / 10 İyul 2026
39
17:16 / 10 İyul 2026
40
17:10 / 10 İyul 2026
31
17:06 / 10 İyul 2026
50
17:00 / 10 İyul 2026
62
16:47 / 10 İyul 2026
65
16:29 / 10 İyul 2026
62
16:25 / 10 İyul 2026
70
16:23 / 10 İyul 2026
71
16:19 / 10 İyul 2026
63
16:15 / 10 İyul 2026
83
16:10 / 10 İyul 2026
71
15:54 / 10 İyul 2026
84
15:41 / 10 İyul 2026
73
15:32 / 10 İyul 2026
77
15:29 / 10 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.