Orduda HƏYƏCAN: Artilleriya bölmələri HƏRƏKƏTƏ keçdi
08 İyul 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
77
08.07.2026, 10:57
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.
Oxu24.com xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlət başçısına çatdırıb, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd edib.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş edib.
Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəyə səfərə dəvət edib.
Dövlət başçısı ölkədə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırlayıb.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulandı, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib.
Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Turizm sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olunub.

13:15 / 08 İyul 2026
31
13:00 / 08 İyul 2026
30
12:35 / 08 İyul 2026
78
12:22 / 08 İyul 2026
63
12:16 / 08 İyul 2026
67
12:12 / 08 İyul 2026
75
12:10 / 08 İyul 2026
59
12:06 / 08 İyul 2026
69
12:00 / 08 İyul 2026
66
11:53 / 08 İyul 2026
68
11:40 / 08 İyul 2026
78
11:30 / 08 İyul 2026
76
11:28 / 08 İyul 2026
79
11:24 / 08 İyul 2026
82
11:20 / 08 İyul 2026
572
11:14 / 08 İyul 2026
401
10:58 / 08 İyul 2026
89
10:36 / 08 İyul 2026
80
10:23 / 08 İyul 2026
88
10:11 / 08 İyul 2026
91
10:08 / 08 İyul 2026
85
09:56 / 08 İyul 2026
96
01:00 / 08 İyul 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.