Göyçayda 2 tondan artıq çətənə kolu məhv edilib
30 İyun 2026, 18:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
73
30.06.2026, 15:40
İyulun 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır.
Oxu24.com xəbər verir ki, avqustun 3-dək davam edəcək festivalda beynəlxalq miqyasda tanınmış ifaçılar, musiqi kollektivləri Qəbələdə bir araya gələcək.
Azərbaycanla yanaşı, musiqi bayramında Avstriya, Qazaxıstan, Moldova, Özbəkistan və Vyetnamdan olan musiqiçilər və rəqqaslar iştirak edəcək.
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı iyulun 29-da Azərbaycanın Xalq artisti Ramiz-Məlik Aslanovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Tələbə Simfonik Orkestrinin konserti ilə baş tutacaq. Musiqi gecəsində Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.
Festivalın növbəti günü tamaşaçılar Vyetnamdan gələn "Bronze drum" ansamblının, Özbəkistandan "Bek" doyraçılar ansamblının ifalarını dinləyəcək, Özbəkistanın "Daşkənd Zeboları" Xalq Rəqs Ansamblının solistlərinin çıxışlarını izləyəcəklər.
İyulun 31-də Əməkdar artist Emil Əfrasiyabın bədii rəhbərliyi və Mustafa Mehmandarovun dirijorluğu ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestrinin konserti olacaq. Elə həmin gün festivalda sevilən muğam ifaçıları, həmçinin muğam müsabiqəsinin laureatlarının iştirakı ilə muğam axşamı təşkil ediləcək.
Festivalın 4-cü günü – avqustun 1-də avstriyalı pianoçu Aleksandr Maria Vaqner "Kamera musiqi axşamı"nda çıxış edəcək. Həmin gecənin daha bir özəlliyi – "Dünya kinofilmlərindən sevilən musiqi parçaları" adlı konsert proqramıdır. Mustafa Mehmandarovun bədii rəhbərliyi və dirijorluğu ilə "Scorrendo" orkestri Azərbaycan və xarici filmlər – "Axırıncı aşırım", "Yeddi oğul istərəm", "Xaç atası", "Matrisa", "Görüş", "Cangüdən", "Şindlerin siyahısı", "Ceyms Bond" və digərlərindən dillər əzbəri olan musiqiləri ifa edəcək.
Avqustun 2-də isə səhnə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ixtiyarına veriləcək. Gənc musiqiçilərin təqdim edəcəyi konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.
Həmin gün tamaşaçılar qarşısında Moldovanın "Fluieraș" Xalq Mahnı və Rəqs Ansamblı və "Millenium" etnoestrada qrupu da çıxış edəcək. Daha sonra Qazaxıstandan olan sənətkarların təqdimatında Luvr kolleksiyasına daxil olan qədim Şirvan xalçasından ilhamlanaraq ərsəyə gələn "İki xalça" baleti nümayiş etdiriləcək. Layihənin ideya müəllifi, libretto müəllifi Valeri Kopeykindir.
Beynəlxalq Musiqi Festivalı avqustun 3-də Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə yekunlaşacaq. Gecəni Xalq artistləri Azər Zeynalov (tenor), Dinarə Əliyeva (soprano), Elçin Əzizov (bariton), Samir Cəfərov (tenor), Əməkdar artistlər Elnarə Məmmədova (lirik-koloratur soprano), Sahib Paşazadə (tar) və beynəlxalq müsabiqələr laureatlarının ifaları bəzəyəcək.
2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda xalqları birləşdirən, sərhədləri aşan, musiqi ilə dolu unudulmaz anlarla yadda qalan mədəniyyətlərarası körpüdür.
Ənənəyə uyğun olaraq yay fəslində təşkil edilən bu beynəlxalq mədəniyyət tədbiri bu il də parlaq ifalar vəd edir.
Festival günlərindəki konsert proqramlarına giriş sərbəstdir.
18:00 / 30 İyun 2026
3
17:45 / 30 İyun 2026
29
17:38 / 30 İyun 2026
28
17:30 / 30 İyun 2026
46
17:23 / 30 İyun 2026
61
17:15 / 30 İyun 2026
55
17:15 / 30 İyun 2026
62
17:08 / 30 İyun 2026
56
17:04 / 30 İyun 2026
56
16:52 / 30 İyun 2026
60
16:40 / 30 İyun 2026
64
16:30 / 30 İyun 2026
65
16:20 / 30 İyun 2026
77
15:57 / 30 İyun 2026
102
15:51 / 30 İyun 2026
78
15:43 / 30 İyun 2026
91
15:34 / 30 İyun 2026
88
15:24 / 30 İyun 2026
84
15:15 / 30 İyun 2026
119
15:09 / 30 İyun 2026
85
15:02 / 30 İyun 2026
87
14:53 / 30 İyun 2026
75
14:50 / 30 İyun 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.