Qaynar xətt:

(+99450) 247 90 86

Tural İrfan: “Dinin fərdi subyektiv yozumlara buraxılması cəmiyyətdə parçalanma yaradır”  

Tural İrfan: “Dinin fərdi subyektiv yozumlara buraxılması cəmiyyətdə parçalanma yaradır”  

CƏMİYYƏT

225

15.06.2026, 17:02

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan din mövzusu ilə bağlı mühüm açıqlama verib.

Oxu24.com xəbər verir ki, siyasətçi  bildirib ki, dinin fərdlərin subyektiv mülahizələrinə və şəxsi yozumlarına buraxılması düzgün yanaşma deyil və bu, cəmiyyətdə ciddi ideoloji ziddiyyətlərə səbəb ola bilər.

Tural İrfanın sözlərinə görə, hər kəsin özünə uyğun “din obrazı” formalaşdırması nəticəsində müxtəlif və bir-birinə zidd inanc anlayışları ortaya çıxır ki, bu da sonradan çoxsaylı məzhəb, təriqət və cərəyanların yaranmasına zəmin yaradır.

Onun fikrincə, elmi və akademik əsaslara söykənməyən, subyektiv və bəzən xurafi yanaşmalar dini islahat və ya inkişaf deyil, əksinə, cəmiyyət daxilində parçalanmanı dərinləşdirir.

“Belə yanaşmalar dinin mahiyyətini zəiflətmir, lakin onun yanlış interpretasiyasına gətirib çıxarır və nəticədə mövhumatın güclənməsinə şərait yaradır”, – deyə o qeyd edib.

Tural İrfan vurğulayıb ki, dini məsələlərdə daha sistemli, elmi və əsaslandırılmış yanaşma vacibdir. Onun sözlərinə görə, fərdi yozumların həddən artıq genişlənməsi ictimai harmoniyaya mənfi təsir göstərə bilər və cəmiyyətdə ideoloji parçalanmanı artırar.

Açıqlamada o da qeyd olunub ki, dini dəyərlərin qorunması və düzgün anlaşılması üçün maarifləndirmə və elmi yanaşmanın gücləndirilməsi vacib istiqamətlərdən biridir.