Qaynar xətt:

(+99450) 247 90 86

FHN: Ötən həftə 46 nəfər xilas edilib 

FHN: Ötən həftə 46 nəfər xilas edilib 

CƏMİYYƏT

80

15.06.2026, 13:06

Fövqəladə Hallar Nazirliyinin Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 494 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Oxu24.com  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, yanğın zamanı 44 nəfər təxliyə olunub, 8 nəfərin meyiti təhvil verilib.