Saatlarla oturanların diqqətinə
10 Noyabr 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
521
09.06.2026, 11:07
2025-ci ildə səhmlərində dövlətin payı olan müəssisələr dövlət büdcəsinə ümumilikdə 636,6 milyon manat dividend ödəyib.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında əksini tapıb.
Hesabata əsasən, dividend ödənişlərinin 461,5 milyon manatı SOCAR-ın, 175,1 milyon manatı isə ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) payına düşüb.
Ümumilikdə, sair daxilolmalar üzrə dövlət büdcəsinə 861 milyon manat proqnoza qarşı 1 milyard 252,3 milyon manat vəsait daxil olub. Bu, proqnozdan 391,3 milyon manat və ya 45,5% çoxdur.
Sair daxilolmaların strukturunda dövlət şirkətlərindən alınan dividendlər 50,8%-lik payla əsas mənbə olub. Digər daxilolmalar arasında dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən ödənilən gömrük yığımları və cərimələr (173,7 milyon manat), istifadə olunmamış qalıqlar üzrə daxilolmalar (157,8 milyon manat), vahid xəzinə hesabının sərbəst qalığının idarə edilməsindən əldə olunan gəlirlər (136 milyon manat) və digər mənbələr yer alıb.
23:17 / 10 Noyabr 2026
91
23:15 / 10 Noyabr 2026
148
23:00 / 10 Noyabr 2026
66
22:58 / 10 Noyabr 2026
77
22:55 / 10 Noyabr 2026
75
22:35 / 10 Noyabr 2026
85
22:30 / 10 Noyabr 2026
224
22:27 / 10 Noyabr 2026
77
22:19 / 10 Noyabr 2026
91
22:04 / 10 Noyabr 2026
159
21:55 / 10 Noyabr 2026
501
21:51 / 10 Noyabr 2026
92
21:49 / 10 Noyabr 2026
198
21:46 / 10 Noyabr 2026
202
21:44 / 10 Noyabr 2026
100
21:40 / 10 Noyabr 2026
96
21:33 / 10 Noyabr 2026
18704
21:19 / 10 Noyabr 2026
112
21:12 / 10 Noyabr 2026
131
21:10 / 10 Noyabr 2026
499
20:56 / 10 Noyabr 2026
110
20:54 / 10 Noyabr 2026
600
20:46 / 10 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.