Bu yaşda ət yemək ömrü uzadır
10 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
682
08.06.2026, 22:32
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur.
Oxu24.com baku.ws-ə istinadən xəbər verir ki, proses Bakı Şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir.
Hazırda hansı razilərdə söküntü işlərinin aparılması planlaşdırılır?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, ilkin mərhələdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən tikinti materialları bazarının və ətrafdakı kommersiya obyektlərinin sökülməsi gündəmdədir: “Bundan başqa, Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında köhnə yaşayış fondunun yenilənməsi istiqamətində layihələr nəzərdən keçirilir.
Bayıl qəsəbəsi istiqamətində, Mərkəzi Parkın genişləndirilməsi ətrafında, eləcə də “Təzəpir” məscidi yaxınlığında müəyyən ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Zərgərpalan küçəsi və ətraf hissələrdə də abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır.
Şəhərin mərkəzində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də Qış Parkının genişləndirilməsi və onun Nizami küçəsi ilə əlaqələndirilməsidir. Layihə çərçivəsində yeni piyada keçidləri və ictimai məkanların yaradılması nəzərdə tutulur.
Bundan əlavə, Ceyhun Hacıbəyli küçəsində, vətəndaşların “Semaşko” kimi tanıdığı 1 saylı Kliniki Tibbi Mərkəzin ətrafında tramvay xəttinin yaradılması ilə bağlı infrastruktur işlərinin aparılması planlaşdırılır".
AQC sədri kompensasiya məsələsi ilə bağlı qeyd edib ki, əvvəllər bir sıra ərazilərdə hər kvadratmetr üçün 1500 manat məbləğində ödəniş tətbiq edilirdisə, hazırda bəzi layihələr üzrə bu rəqəmin 2700 manata qədər yüksəlib:
“Bununla belə, vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olardı.
Söküntüyə məruz qalan vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu, insanların şəhərin mərkəzi hissələrindən uzaqlaşmasının qarşısını almaqla yanaşı, sosial və iqtisadi tarazlığın qorunmasına da xidmət edər”.
23:28 / 10 Noyabr 2026
191
23:27 / 10 Noyabr 2026
1
23:17 / 10 Noyabr 2026
229
23:15 / 10 Noyabr 2026
153
23:00 / 10 Noyabr 2026
74
22:58 / 10 Noyabr 2026
83
22:55 / 10 Noyabr 2026
86
22:35 / 10 Noyabr 2026
88
22:30 / 10 Noyabr 2026
239
22:27 / 10 Noyabr 2026
78
22:19 / 10 Noyabr 2026
92
22:04 / 10 Noyabr 2026
161
21:55 / 10 Noyabr 2026
525
21:51 / 10 Noyabr 2026
92
21:49 / 10 Noyabr 2026
208
21:46 / 10 Noyabr 2026
214
21:44 / 10 Noyabr 2026
101
21:40 / 10 Noyabr 2026
97
21:33 / 10 Noyabr 2026
18717
21:19 / 10 Noyabr 2026
114
21:12 / 10 Noyabr 2026
134
21:10 / 10 Noyabr 2026
503
20:56 / 10 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.