Ulduz falı: 11 noyabr, 2026-cı il
10 Noyabr 2026, 23:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
744
08.06.2026, 20:20
2035-ci ildən Azərbaycanda yaşıl hidrogenin geniş istehsalı başlayacaq.
Azərbaycan qlobal yaşıl enerji bazarında növbəti böyük sıçrayışına hazırlaşır. Almaniya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi çərçivəsində “yaşıl hidrogen” sahəsi də daxil olmaqla irimiqyaslı layihələr hazırlanır. Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bildirib.
Bəs bu layihə Azərbaycanın gələcəyi və qlobal ekoloji böhranın qarşısının alınması üçün nə dərəcədə əhəmiyyətlidir? Ölkəmizdə yaşıl hidrogen istehsalı karbon emissiyalarını necə tənzimləyəcək?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən ekoloq İlqar Xəlilov faktları və konkret tarixləri açıqlayıb.
Ekoloqun sözlərinə görə, hidrogen ekoloji cəhətdən tamamilə təmiz yanacaq hesab olunur və bu sahədə ilkin praktiki addımların vaxtı artıq müəyyən edilib:
“Hidrogen yanacağı istehsalı 2027-2028-ci illərdə Sumqayıt Kimya Sənaye Parkında planlaşdırılır. Lakin bu yanacağın tam geniş sənaye üsulu ilə istehsalına 2035-ci ildən başlamaq nəzərdə tutulur”.
İlqar Xəlilov qeyd edib ki, yaşıl hidrogenin istehsalı birbaşa olaraq bərpa olunan enerji mənbələri ilə bağlıdır. Azərbaycan bu prosesdə Xəzər dənizinin nəhəng potensialından istifadə edəcək:
“Bunun üçün ilk əvvəl Xəzərdə külək enerjisindən istifadə etməklə ucuz elektrik enerjisi əldə olunmalıdır. Məhz həmin ekoloji təmiz enerji əsasında, elektroliz yolu ilə hidrogen yanacağının istehsalı təmin ediləcək”.
“Azərbaycan Avropanı "Yaşıl yanacaq"la təmin edəcək”
Bu layihə təkcə daxili bazar üçün deyil, həm də böyük ixrac potensialı deməkdir. Ekoloq vurğulayıb ki, Azərbaycan gələcəkdə Avropa İttifaqı ölkələrinə hidrogen yanacağı ixrac etməyi planlaşdırır. Bu isə ölkəmizin regionda və Avropada strateji enerji tərəfdaşı statusunu daha da möhkəmləndirəcək.
“Hidrogen yananda karbon qazı yaranmır”
Yaşıl hidrogenin ekoloji möcüzəsinə toxunan İ.Xəlilov, onun qlobal istiləşməyə qarşı ən güclü silah olduğunu bildirib:
“Hidrogen yanacağının istifadəsi karbon emissiyasını kəskin azalda bilər. Çünki hidrogen yananda karbon qazı yaranmır. Bu, tamamilə hidrogenin geniş tətbiqindən asılı olacaq. Əgər nəqliyyatda, sənaye sahəsində və elektrik enerjisi istehsalında ənənəvi yanacaqdan imtina edilib hidrogenə keçilsə, karbon emissiyası kəskin şəkildə azalacaq və ekoloji mühit tamamilə sağlamlaşacaq”.
Çimnaz Telmanqızı
23:43 / 10 Noyabr 2026
1
23:39 / 10 Noyabr 2026
11
23:28 / 10 Noyabr 2026
217
23:27 / 10 Noyabr 2026
118
23:17 / 10 Noyabr 2026
361
23:15 / 10 Noyabr 2026
157
23:00 / 10 Noyabr 2026
79
22:58 / 10 Noyabr 2026
92
22:55 / 10 Noyabr 2026
96
22:35 / 10 Noyabr 2026
95
22:30 / 10 Noyabr 2026
258
22:27 / 10 Noyabr 2026
81
22:19 / 10 Noyabr 2026
99
22:04 / 10 Noyabr 2026
169
21:55 / 10 Noyabr 2026
551
21:51 / 10 Noyabr 2026
93
21:49 / 10 Noyabr 2026
214
21:46 / 10 Noyabr 2026
221
21:44 / 10 Noyabr 2026
103
21:40 / 10 Noyabr 2026
104
21:33 / 10 Noyabr 2026
18724
21:19 / 10 Noyabr 2026
115
21:12 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.