Gəncədə FACİƏ: sükan arxasında infarkt keçirən sürücü öldü
28 İyun 2026, 20:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
549
08.06.2026, 18:56
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 2026-2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edib. Qurumun yaydığı məlumata görə, 10-11-ci sinifləri əhatə edən bu yeni model şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edəcək.
Bəs bu sistem beynəlxalq təcrübəyə nə dərəcədə uyğundur və onun Azərbaycan təhsilinə uzunmüddətli təsirləri necə qiymətləndirilə bilər?
Mövzu ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti Ramin Nurəliyev hazırkı yanaşmanı kəskin tənqid edərək, təhsildə kosmetik yox, köklü sistem dəyişikliyinə ehtiyac olduğunu bildirib.
Müsahibimiz bildirir ki, təqdim olunan model mövcud problemləri kökündən həll etmir:
“Əslində bu model başdan-ayağa dəyişdirilməli olan sistemə sadəcə yamaq vurmaq layihəsidir. Təhsil sistemimizdə 9-cu sinifdən sonrakı mərhələ tamamilə ali təhsil istiqamətinə köklənməlidir".
Ramin Nurəliyev beynəlxalq təcrübəyə və qardaş Türkiyənin modelinə diqqət çəkərək Azərbaycanda da analoji sistemin qurulmasını təklif edir:
“Türkiyədə şagird 9-cu sinifdə attestatını alır və xüsusi ixtisaslaşma imtahanı verir. Şagirdin humanitar, dəqiq və ya texniki fənlərə meylli olduğu bu imtahanla müəyyən edilir və növbəti siniflərdə o, birbaşa seçdiyi sahə üzrə oxuyur. Biz də artıq inkişaf etmiş ölkələr kimi 12 illik təhsil sisteminə keçməliyik. 9-cu sinifdən sonrakı 3 ili (10, 11, 12-ci sinifləri) tamamilə universitetə hazırlıq mərhələsinə çevirmək olar. Hətta sertifikasiyadan yüksək nəticə toplayan müəllimləri də məhz bu qruplara cəlb etmək effektivliyi artırar".
Ekspert hazırda yuxarı siniflərdə keçilən bir çox fənlərin şagirdlər üçün sadəcə vaxt itkisi olduğunu və bunun onların maraq dairəsinə uyğun gəlmədiyini vurğulayır:
“Məsələn, humanitar sahəni seçən, 3-cü qrupa hazırlaşan 11-ci sinif şagirdinin cədvəlinə 3 saat kimya dərsi salmaq nə dərəcədə doğrudur? Bu uşağın kimyaya marağı olmayacaq və bu cür dərslər onu məktəbdən uzaqlaşdırıb başqa istiqamətlərə yönəldəcək".
Tətbiq edilən yeni qərara gəlincə, təhsil eksperti bu addımın hələlik yalnız sınaq xarakterli keçərli ola biləcəyini qeyd edir:
“Düşüncə və təşəbbüs olaraq pis deyil, gözəldir. Amma bu model nə qədər uşağı əhatə edə biləcək və nə dərəcədə faydalı olacaq, bu sual altındadır. Əgər bu layihə müəyyən pilot məktəblərdə sınaqdan keçirilmək üçün nəzərdə tutulubsa, bunu anlamaq olar. Çünki belə bir dəyişiklik böyük bir prosesdir; burada dərsliklər, vəsaitlər, dərs saatları dəyişməli, müəllimlər sistemə uyğunlaşdırılmalıdır".
Ramin Nurəliyev 11-ci siniflərin məktəbə davamiyyətsizliyinin əsl səbəbini və təklif etdiyi modelin təhsildə yaradacağı böyük dönüşü bu sözlərlə ifadə edir:
“Bu gün 11-ci sinif şagirdi məktəbə gedəndə il ərzində proqramın cəmi 3-4 mövzusunu, yəni universitet qəbul proqramının cəmi 3 faizini görmüş olur. Azərbaycan dili fənnində bu reallıqdır. Belə olan halda universitetə hazırlaşan uşaq niyə məktəbə getsin ki? O, orada vaxt itirdiyini düşünür. Mənim təklif etdiyim 1-4 ibtidai, 5-9 icbari və 10-12 universitetə hazırlıq modeli reallaşarsa, təhsildə böyük bir inqilab olar. Biz nə qədər orta məktəb vətəndaş yetişdirir desək də, bu gün həm valideynin, həm də şagirdin əsas məqsədi ali məktəbə qəbul olmaqdır. Əgər bu sistem tam tətbiq olunsa, valideynlərin uşağa görə məktəbə pul ödəyib gizli icazələr, möhlətlər almasına da ehtiyac qalmaz".
Çimnaz Telmanqızı
21:35 / 28 İyun 2026
1
20:57 / 28 İyun 2026
29
20:19 / 28 İyun 2026
166
19:49 / 28 İyun 2026
63
19:28 / 28 İyun 2026
186
19:00 / 28 İyun 2026
171
18:30 / 28 İyun 2026
226
18:15 / 28 İyun 2026
167
18:00 / 28 İyun 2026
169
13:31 / 28 İyun 2026
177
13:24 / 28 İyun 2026
735
11:07 / 28 İyun 2026
423
11:05 / 28 İyun 2026
100
23:41 / 27 İyun 2026
155
23:31 / 27 İyun 2026
247
23:00 / 27 İyun 2026
172
21:50 / 27 İyun 2026
170
21:48 / 27 İyun 2026
3841
21:34 / 27 İyun 2026
187
20:57 / 27 İyun 2026
204
20:39 / 27 İyun 2026
169
20:07 / 27 İyun 2026
195
19:49 / 27 İyun 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.