Bakının bu ərazilərində 3-6 saat işıq OLMAYACAQ
28 Sentyabr 2026, 05:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
542
08.06.2026, 16:08
Bu il Aşura günü iyunun 25-nə təsadüf edir.
Oxu24.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, QMİ-nin məsul əməkdaşı Samid Quliyev bildirib.
Onun sözlərinə görə, iyunun 16-sı Azərbaycan ərazisində Məhərrəm ayının ilk günüdür: “Bu tarix eyni zamanda hicri-qəməri təqvimi ilə 1448-ci ilin başlanğıcı hesab edilir. İslam tarixində xüsusi əhəmiyyətə malik olan Məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayıdır və müsəlmanlar üçün mənəvi dəyərlər, fədakarlıq, səbir və iman nümunələrinin xatırlandığı mühüm zaman kəsiyidir. Bu ay insanları öz mənəvi dünyalarına nəzər salmağa, xeyirxahlıq və mərhəmət hisslərini daha da gücləndirməyə çağırır”.
İlahiyyatçı alim qeyd edib ki, Məhərrəm ayının ən mühüm günlərindən biri Aşura günüdür: “Bu il Aşura günü 25 iyun 2026-cı il tarixinə təsadüf edir. Aşura günü İslam tarixinin ən kədərli və eyni zamanda ən şərəfli hadisələrindən biri sayılan Kərbəla faciəsi ilə bağlıdır. Hicri 61-ci ildə baş vermiş bu hadisə zamanı Peyğəmbər (s) nəvəsi İmam Hüseyn və onun silahdaşları haqq, ədalət və mənəvi dəyərlər uğrunda şəhid olmuşlar. Kərbəla hadisəsi əsrlər boyu müsəlmanların yaddaşında zülmə qarşı mübarizənin, haqq yolunda dönməzliyin və mənəvi qəhrəmanlığın simvolu kimi yaşamaqdadır. Bu səbəbdən Məhərrəm ayı həm də insan ləyaqətinin, vicdan azadlığının və ədalət uğrunda mübarizənin təcəssümü kimi dəyərləndirilir.
Azərbaycanda Məhərrəm ayı boyunca məscidlərdə və dini məkanlarda müxtəlif mərasimlər, moizələr və dini-maarifləndirici tədbirlər təşkil olunur. Möminlər Kərbəla şəhidlərinin xatirəsini yad edir, birlik, həmrəylik və mənəvi kamillik ideyalarını təbliğ edirlər. Xüsusilə Aşura günü ehtiyacı olan insanlara yardım göstərilməsi, qanvermə aksiyalarında iştirak və xeyriyyəçilik fəaliyyəti kimi humanist təşəbbüslər geniş şəkildə dəstəklənir”, - o əlavə edib.
06:09 / 28 Sentyabr 2026
84
05:49 / 28 Sentyabr 2026
103
05:25 / 28 Sentyabr 2026
121
00:12 / 28 Sentyabr 2026
116
00:09 / 28 Sentyabr 2026
150
23:44 / 27 Sentyabr 2026
3447
23:31 / 27 Sentyabr 2026
89
23:24 / 27 Sentyabr 2026
96
23:06 / 27 Sentyabr 2026
88
23:02 / 27 Sentyabr 2026
378
22:58 / 27 Sentyabr 2026
85
22:55 / 27 Sentyabr 2026
98
22:37 / 27 Sentyabr 2026
762
22:03 / 27 Sentyabr 2026
99
21:49 / 27 Sentyabr 2026
850
21:30 / 27 Sentyabr 2026
327
21:29 / 27 Sentyabr 2026
77
21:12 / 27 Sentyabr 2026
231
21:06 / 27 Sentyabr 2026
74
21:00 / 27 Sentyabr 2026
159
20:59 / 27 Sentyabr 2026
95
20:47 / 27 Sentyabr 2026
264
20:38 / 27 Sentyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.