Müəllimlər maaş artımı üçün beş il gözləməməlidir
10 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
813
07.06.2026, 18:03
Azərbaycanda son illər evlilik hallarının azaldığı müşahidə olunur. Bir çox gənc bu qərarı tələsik vermək istəmir, bəziləri isə ailə qurmağa ümumiyyətlə tərəddüdlə yanaşır.
Görəsən, gəncləri bu addımdan çəkindirən əsas səbəblər nələrdir?
Oxu24.com xəbər verir ki Bizim.Media-ya danışan psixoloq Samirə İsmayılovanın sözlərinə görə, burada həm maddi, mənəvi həm də psixoloji faktorlar rol oynayır:
“Son illərdə gənclər arasında evliliyə münasibətin dəyişdiyi müşahidə olunur. Əvvəllər müəyyən yaşa çatdıqda ailə qurmaq təbii bir addım hesab edilirdisə, bu gün bir çox gənc evliliyi təxirə salır və ya bu qərara daha ehtiyatla yanaşır. Bunun arxasında isə bir sıra psixoloji, maddi və sosial səbəblər dayanır.
Ən çox rast gəlinən səbəblərdən biri maddi qeyri-sabitlikdir. Gənclər ailə qurmağın yalnız toy mərasimindən ibarət olmadığını, bunun uzunmüddətli maliyyə məsuliyyəti tələb etdiyini anlayırlar. İş tapmaq, ev sahibi olmaq və gələcək üçün təminat yaratmaq istəyi bir çoxlarını evlilik qərarını gecikdirməyə vadar edir.
Digər mühüm amil psixoloji hazırlıqdır. Sağlam ailə qurmaq üçün sevgi kifayət etmir. İnsan öz emosiyalarını idarə etməyi, münaqişələri həll etməyi və məsuliyyət daşımağı bacarmalıdır. Təəssüf ki, bəzi gənclər münasibətlərə hazır olmadan evlənir və sonradan uyğunlaşma problemləri yaşayırlar”.
Psixoloq vurğulayır ki, sosial medianın yaratdığı “ideal həyat” gözləntisi də insanları evlilikdən uzaqlaşdıran səbəblərdəndir:
“Mənəvi tərəf də diqqətdən kənarda qalmamalıdır. Sosial şəbəkələrin təsiri ilə insanlar bəzən ideal münasibət axtarışına çıxır, real insanlardan isə həddindən artıq gözləntilər formalaşdırırlar. Nəticədə münasibətlərə dözümlülük azalır və ailə qurmaq daha çətin görünür.
Bununla yanaşı, boşanma hallarının artması da gənclərin evliliyə baxışına təsir edir. Ətraflarında uğursuz ailə nümunələri görən gənclər evlilikdən qorxur.Əslində isə evlilik nə yalnız maddi imkan, nə də təkcə romantik hissdir.
Evlilik iki yetkin insanın ortaq həyat qurmaq qərarıdır. Bu qərarın sağlam olması üçün insanın həm maddi, həm mənəvi, həm də psixoloji baxımdan özünü hazır hiss etməsi vacibdir”.
S. İsmayılovanın fikrincə, evliliyə hazır olmağın əsas göstəricisi yaş deyil, emosional yetkinlik və məsuliyyət hissidir. Sağlam ailələr də məhz bu təməl üzərində qurulur.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafını əks etdirən hesabatına əsasən cari ilin birinci rübündə 8 203 nikaha daxilolma halı qeydə alınıb. Bu göstəricilər 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Belə ki, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4.4-dən 3.2-yə enib.
23:59 / 10 Noyabr 2026
24
23:57 / 10 Noyabr 2026
37
23:55 / 10 Noyabr 2026
105
23:53 / 10 Noyabr 2026
52
23:47 / 10 Noyabr 2026
1126
23:43 / 10 Noyabr 2026
77
23:39 / 10 Noyabr 2026
102
23:28 / 10 Noyabr 2026
283
23:27 / 10 Noyabr 2026
195
23:17 / 10 Noyabr 2026
603
23:15 / 10 Noyabr 2026
162
23:00 / 10 Noyabr 2026
94
22:58 / 10 Noyabr 2026
110
22:55 / 10 Noyabr 2026
108
22:35 / 10 Noyabr 2026
105
22:30 / 10 Noyabr 2026
287
22:27 / 10 Noyabr 2026
91
22:19 / 10 Noyabr 2026
109
22:04 / 10 Noyabr 2026
182
21:55 / 10 Noyabr 2026
585
21:51 / 10 Noyabr 2026
101
21:49 / 10 Noyabr 2026
233
21:46 / 10 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.