Bakının bu ərazilərində 3-6 saat işıq OLMAYACAQ
28 Sentyabr 2026, 05:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4872
07.06.2026, 10:53
Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə fasilələrlə şimşək çaxır, arabir yağış yağır.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə intensiv və güclü olub, Şahdağa isə qar yağıb.
Qarın hündürlüyü Şahdağda 1 sm-dir.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 mm olub ki, bu da aylıq normanın 60 %-ni təşkil edir.
Respublika ərazisində düşən yağıntının miqdarı: Oğuzda 53 (aylıq normanın 44 %-i), Şəkidə 46 (aylıq normanın 45%-i), Qəbələdə 45 (aylıq normanın 40%-i), Zaqatalada 37 (aylıq normanın 29 %-i), Göygöldə 33 (aylıq normanın 27 %-i), Xaltanda 33 (aylıq normanın 36 %-i), Balakəndə 31 (aylıq normanın 24 %-i), Xınalıqda 25 (aylıq normanın 53 %-i), Şahdağda 24 (aylıq normanın 51%-i), Qrızda 24 (aylıq normanın 26 %-i), Gədəbəydə 22, Daşkəsəndə 20, Qusarda (Ləzə) 12, Qubada 10, Qaxda (Sarıbaş) 8, Şahbuz, Culfa, Astara, Şabran, İsmayıllıda 6, Zərdabda 5, Ağdamda 4, Xaçmaz, Altıağac, Naftalan, Lerikdə 3, Tərtər, Kürdəmir, Sabirabad, Biləsuvar, Qobustan, Mingəçevir, Goranboyda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Gəncə, Naxçıvan, Sədərək, Şəmkir, Tovuz, Şamaxı, Bərdə, Beyləqan, Yevlax, Göyçay, Beylaqan, İmişli, Neftçala, Ağsu, Yardımlı, Salyanda 1 mm-dək qeydə alınır.
İyunun 6-da saat 20:15-20:22 radələrində Zaqatala ərazisinə diametri 9 mm, saat 14:30 radələrində Tovuz rayonunun Göyəbaxan kəndinə, saat 20:56 radələrində isə Gədəbəyin Novosatovka kəndinə dolu düşüb.
Lerik, Balakən, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 33, Aran rayonlarıda 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti müşahidə olunub.
06:09 / 28 Sentyabr 2026
84
05:49 / 28 Sentyabr 2026
103
05:25 / 28 Sentyabr 2026
121
00:12 / 28 Sentyabr 2026
116
00:09 / 28 Sentyabr 2026
150
23:44 / 27 Sentyabr 2026
3447
23:31 / 27 Sentyabr 2026
89
23:24 / 27 Sentyabr 2026
96
23:06 / 27 Sentyabr 2026
88
23:02 / 27 Sentyabr 2026
378
22:58 / 27 Sentyabr 2026
85
22:55 / 27 Sentyabr 2026
98
22:37 / 27 Sentyabr 2026
762
22:03 / 27 Sentyabr 2026
99
21:49 / 27 Sentyabr 2026
850
21:30 / 27 Sentyabr 2026
327
21:29 / 27 Sentyabr 2026
77
21:12 / 27 Sentyabr 2026
231
21:06 / 27 Sentyabr 2026
74
21:00 / 27 Sentyabr 2026
159
20:59 / 27 Sentyabr 2026
95
20:47 / 27 Sentyabr 2026
264
20:38 / 27 Sentyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.