Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
700
06.06.2026, 10:49
Azərbaycanda maşını etibarnamə ilə sürmək çox yayılıb. Amma bu vəziyyət həm maşının sahibini, həm də onu sürən şəxsi hüquqi və maliyyə baxımından çətinliyə sala bilər. Xüsusilə yollarda qayda pozulanda cərimənin kimə yazılması və ödənilməyən cərimələrin gələcəkdə hansı problemlərə yol açması hamını maraqlandırır.
Oxu24.com xəbər verir ki, vəkil Emil Aslanov “demokrat.az”a açıqlamasında bildirib ki, maşın sahibi avtomobili sürmək üçün başqasına etibarnamə verdikdə, yollardakı qayda pozuntularına görə gələn cərimələr birbaşa maşını sürən şəxsə yazılır:
"Yəni hüquqi məsuliyyət faktiki idarəetməni həyata keçirən şəxs üzərinə düşür. Lakin həmin sürücü cərimələri vaxtında ödəmədikdə, qanunvericilikdə nəzərdə tutulan icra mexanizmləri işə düşür. Belə ki, müəyyən müddət ərzində ödəniş həyata keçirilmədikdə onun sürücülük hüququ məhdudlaşdırıla bilər, daha uzunmüddətli icra edilməyən borclar olduqda isə nəqliyyat vasitəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlər, o cümlədən avtomobilin üzərinə həbs qoyulması tətbiq edilə bilər. Nəticədə mülkiyyətçi də dolayısı ilə bu vəziyyətdən təsirlənir və avtomobilin üzərindən məhdudiyyətlərin götürülməsi üçün, bir çox hallarda, yaranmış cərimə borclarının ödənilməsinə məcbur qalır".
Vəkilin sözlərindən aydın olur ki, sürücü məsuliyyətsizlik edib cəriməni gecikdirəndə ziyan sonda maşının əsl sahibinə də dəyir. Çünki dövlət orqanları ödənilməyən borclara görə maşının satılmasına və ya sənədləşməsinə qadağa qoya bilir.
Belə vəziyyətlə qarşılaşmamaq üçün tövsiyə olunur ki, maşını etibarnamə ilə satmaq əvəzinə tam sənədləşdirib addan-ada keçirsinlər. Sürücülər isə vaxtında cərimələri yoxlamalı və gecikdirmədən ödəməlidirlər ki, həm sürücülük vəsiqələri əllərindən alınmasın, həm də maşın sahibinə problem yaratmasınlar.
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.