Sumqayıt yolunda ağır qəza olub - FOTOLAR
28 Sentyabr 2026, 08:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
852
05.06.2026, 12:11
İnfrastrukturun tamamlanmadığı yollarda kameralar vasitəsilə cərimə tətbiqi müvəqqəti dayandırılmalıdır.
Oxu24.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin növbədənkənar sessiyasının ilk iclasında çıxış edib.
Deputat çıxışında qeyd edib ki, taksi sürücüsü və ya peşəkar sürücü sürücülük hüququnu itirsə peşəsini, gəlirini və bir çox halda ailənin maddi rifahını itirmiş olur:
"Sürücülük hüququndan məhrum etmə həddinin 20 baldan 40-50 bala qaldırılmasını və yalnız kobud pozuntular zamanı bal kəsilməsinin tətbiqini təklif edirəm. Ən pis halda isə ilk dəfə yüngül qayda pozuntuları zamanı yalnız cərimə ilə kifayətlənmək olacağını düşünürəm.
Eyni zamanda qeyd etmək istəyirəm ki, yol hərəkət qaydaları ancaq açıq, görünən, standartlaşmış nişanlanma sistemi mövcud olduğu halda ədalətli şəkildə tətbiq edilə bilər. Bu çərçivədə Gəncə şəhərinin və digər paytaxtdan kənar yolların xətlənmə işlərinin daha keyfiyyətli aparılması vacibdir. Bu sahədə çox ciddi nöqsanlar var, bunun aradan qaldırılmasını xahiş edirəm. Eyni zamanda hasarlanan, silinən, görünməz halda nişanların inventarizasiyasının aparılmalı və vaxtında yenilənmələr edilməsi nəzarətə götürülməlidir".
08:31 / 28 Sentyabr 2026
24
08:17 / 28 Sentyabr 2026
178
06:09 / 28 Sentyabr 2026
143
05:49 / 28 Sentyabr 2026
142
05:25 / 28 Sentyabr 2026
158
00:12 / 28 Sentyabr 2026
155
00:09 / 28 Sentyabr 2026
175
23:44 / 27 Sentyabr 2026
5310
23:31 / 27 Sentyabr 2026
106
23:24 / 27 Sentyabr 2026
118
23:06 / 27 Sentyabr 2026
100
23:02 / 27 Sentyabr 2026
447
22:58 / 27 Sentyabr 2026
91
22:55 / 27 Sentyabr 2026
109
22:37 / 27 Sentyabr 2026
883
22:03 / 27 Sentyabr 2026
107
21:49 / 27 Sentyabr 2026
1133
21:30 / 27 Sentyabr 2026
406
21:29 / 27 Sentyabr 2026
80
21:12 / 27 Sentyabr 2026
307
21:06 / 27 Sentyabr 2026
77
21:00 / 27 Sentyabr 2026
166
20:59 / 27 Sentyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.