Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
805
04.06.2026, 15:00
Dünya bazarında enerji daşıyıcılarının qiymətində müşahidə olunan artım və region ölkələrində yanacağın bahalaşması Azərbaycanda da benzin qiymətlərinin artırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Son aylarda beynəlxalq neft bazarındakı dalğalanmalar fonunda vətəndaşları maraqlandıran əsas sual budur: Azərbaycanda benzinin qiyməti yenidən artacaqmı?
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, region ölkələrindəki qiymət artımı Azərbaycan iqtisadiyyatında birbaşa bahalaşmaya əsas vermir:
“İlk növbədə bir məsələyə aydınlıq gətirim ki, dünya bazarında enerji daşıyıcılarının qiymətində müşahidə olunan artımın region ölkələrində enerji qiymətlərinə təsiri həmin ölkələrin xalis idxalçı olması ilə əlaqədardır. Bundan əlavə, əgər o sahədə bərpa, restavrasiya və quruculuq işlərinə ehtiyac varsa, o zaman qiymətlər yüksəlir. Yəni region ölkələrindəki bu artım, Azərbaycan iqtisadiyyatında da qiymətlərin mütləq qalxacağı anlamına gəlmir”.
“Geosiyasi gərginlik bizə təsir etməz"
Ekspert qeyd edib ki, Azərbaycanın enerji sektorundakı mövqeyi ölkəni xarici risklərdən sığortalayır.
Vətəndaşları ən çox maraqlandıran daxili bazarda benzinin qiymət artımı məsələsinə gəldikdə isə, iqtisadçı mövcud vəziyyəti və gələcək meyilləri detallaşdırıb. İqtisadçı açıq şəkildə bildirib ki, hal-hazırda Azərbaycanda benzinin qiymətinin qalxması və hər hansı bir bahalaşma dalğası gözlənilmir:
“Enerji sektorunda ixracçı ölkə olduğumuz üçün regionda yaşanan hər hansı geosiyasi gərginlik ölkə iqtisadiyyatına birbaşa mənfi təsir göstərə bilməz.
Hazırda ölkədə benzinin qiymətinin qalxması gözlənilmir. Lakin gələcəkdə bu sahə üzrə daxili xərclər və investisiyalar artarsa, bu, benzin qiymətlərinə təsirsiz ötüşməyəcək”.
Ekspert şərhinin sonunda daxili bazarda qiymət hərəkətliliyinin daha çox hansı dövrlərdə qeydə alına biləcəyinə də toxunub. O qeyd edib ki, müəyyən iqtisadi amillərin təsiri ilə ilin sonunda, həmçinin yeni ilin ilk aylarında ümumi qiymət artımı meyllərinin daxili bazarda müşahidə edilməsi mümkündür. Lakin bu meyllər tamamilə daxili xərclərin gedişatından asılı olaraq formalaşacaq.
"Bir qayda olaraq, ilin sonu, həmçinin yeni ilin ilk aylarında müəyyən qiymət tənzimlənmələri və artım meylləri müşahidə edilə bilər. Lakin bu, tamamilə daxili istehsal xərclərindən və iqtisadi zərurətlərdən asılı olacaq”.
Çimnaz Telmanqızı
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.