Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
640
03.06.2026, 16:02
Yaşayış evlərində qeydiyyatda olan, lakin uzun müddətdir həmin ünvanda yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi vətəndaşları ən çox maraqlandıran hüquqi mövzulardan biridir. Xüsusilə ailədaxili münasibətlərdə gəlinlərin, nəvələrin və digər yaxın qohumların qeydiyyat məsələləri ətrafında tez-tez mübahisələr yaranır.
Mövzu ilə bağlı vəkil Esmira Rzayeva Oxu24.com saytına açıqlamasında bildirib ki, belə hallarda məsələnin həlli bir sıra hüquqi amillərdən asılıdır və hər bir iş ayrıca qiymətləndirilməlidir.
Vəkilin sözlərinə görə, ilk növbədə həmin şəxslərin mənzildə və ya evdə nə vaxtdan qeydiyyatda olduqları araşdırılmalıdır. Əgər qeydiyyatda olan şəxslər könüllü şəkildə qeydiyyatdan çıxmaq istəmirlərsə, onların qeydiyyatdan çıxarılması yalnız məhkəmə qaydasında mümkündür.
"Evdə qeydiyyatda olan gəlin və ya nəvələr hazırda həmin ünvanda yaşamırsa, bu, avtomatik olaraq onların qeydiyyatdan çıxarılması demək deyil. Şəxslər könüllü şəkildə qeydiyyatdan çıxmaq istəmədikdə, mübahisə məhkəmə qaydasında həll edilməlidir. Qanunvericilikdə müəyyən hallarda kompensasiya məsələsi də nəzərdə tutulub", – deyə Esmira Rzayeva bildirib.
Vəkil qeyd edib ki, burada mühüm məqamlardan biri nikahın hansı tarixdə bağlanmasıdır. Belə ki, 2009-cu ilə qədər bağlanmış nikahlarla bağlı bəzi hallarda ər və ya arvadın yaşayış sahəsindən istifadə hüququ yarana bilər.
"2009-cu ilə qədər bağlanmış nikahlarda tərəflərin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı müəyyən hüquqi təminatlar mövcuddur. Bu səbəbdən həmin dövrdə yaranmış ailə münasibətləri ayrıca araşdırılmalıdır. Bəzi hallarda şəxs həmin mənzildə yaşamaq hüququ əldə etmiş hesab oluna bilər", – vəkil vurğulayıb.
Onun sözlərinə görə, ev sahibinin istəyi ilə hər hansı şəxsi məcburi qaydada qeydiyyatdan çıxarmaq mümkün deyil. Qeydiyyatdan çıxarılma yalnız qanuni prosedurlar çərçivəsində həyata keçirilə bilər.
Esmira Rzayeva bildirib ki, əgər qeydiyyatda olan şəxslərin başqa yaşayış yerləri mövcuddursa və onların faktiki olaraq başqa ünvanda yaşadıqları sübuta yetirilirsə, bu hal məhkəmə prosesində mühüm arqument kimi qiymətləndirilə bilər.
"Bəzən vətəndaşlar hesab edirlər ki, şəxsin başqa evi varsa, onu dərhal qeydiyyatdan çıxarmaq olar. Lakin qanunvericilikdə məsələ bu qədər sadə deyil. Həmin şəxsin başqa yaşayış yerinin olması məhkəmədə nəzərə alınan amillərdən biridir. Bununla belə, kompensasiya məsələsi yenə də gündəmə gələ bilər", – deyə vəkil qeyd edib.
Hüquqşünasın sözlərinə görə, bəzi hallarda şəxslərin yaşadıqları evlər sənədsiz olur və onlar həmin ünvanda rəsmi qeydiyyata düşə bilmirlər. Bu səbəbdən onların əvvəlki yaşayış yerində qeydiyyatda qalması da müəyyən hüquqi zərurətdən irəli gələ bilər.
"Evin olması hələ həmin ünvanda qeydiyyatın mümkün olması anlamına gəlmir. Elə hallar var ki, şəxsin yaşadığı ev sənədləşdirilməyib və buna görə də orada qeydiyyata düşə bilmir. Bu kimi hallar məhkəmə tərəfindən ayrıca araşdırılır", – Esmira Rzayeva bildirib.
Vəkil əlavə edib ki, qeydiyyatda olan şəxsin uzun illər həmin evdə yaşamaması və qeydiyyatdan qəsdən çıxmaması faktlarla sübut edilərsə, bu zaman məhkəmə həmin şəxsin qeydiyyatdan çıxarılması barədə qərar qəbul edə bilər.
Onun sözlərinə görə, belə mübahisələrdə əsas məsələ faktların və sübutların təqdim edilməsidir. Məhkəmə şəxsin həqiqətən həmin ünvandan istifadə edib-etmədiyini, başqa yaşayış yerinin olub-olmadığını və qeydiyyatda qalmasının hüquqi əsaslarını araşdırdıqdan sonra yekun qərar verir.
Beləliklə, qeydiyyatda olan gəlin və nəvələrin evdən çıxarılması məsələsi yalnız ev sahibinin istəyindən asılı deyil. Bu cür hallarda hüquqi prosedurlara əməl olunmalı, tərəflərin hüquqları nəzərə alınmalı və zərurət yarandıqda məsələ məhkəmə qaydasında həll edilməlidir.
Hazırladı: Şahbaz
01:50 / 11 Noyabr 2026
146
01:00 / 11 Noyabr 2026
131
00:31 / 11 Noyabr 2026
156
23:59 / 10 Noyabr 2026
168
23:57 / 10 Noyabr 2026
188
23:55 / 10 Noyabr 2026
508
23:53 / 10 Noyabr 2026
211
23:47 / 10 Noyabr 2026
1296
23:43 / 10 Noyabr 2026
179
23:39 / 10 Noyabr 2026
184
23:28 / 10 Noyabr 2026
381
23:27 / 10 Noyabr 2026
783
23:17 / 10 Noyabr 2026
1304
23:15 / 10 Noyabr 2026
190
23:00 / 10 Noyabr 2026
152
22:58 / 10 Noyabr 2026
185
22:55 / 10 Noyabr 2026
170
22:35 / 10 Noyabr 2026
151
22:30 / 10 Noyabr 2026
423
22:27 / 10 Noyabr 2026
134
22:19 / 10 Noyabr 2026
166
22:04 / 10 Noyabr 2026
247
21:55 / 10 Noyabr 2026
774
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.