Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
584
03.06.2026, 15:29
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasətini tənqid etməsi və İrəvanın Avrasiya İqtisadi Birliyinin imkanlarından yararlanaraq Aİ-yə üz tutmasını “istismarçı münasibət” adlandırması müzakirələrə səbəb olub.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Ajans.az-a danışan siyasi ekspert Taleh Əliyev Volodinin səsləndirdiyi fikirlərlə razılaşmadığını bildirib.
“Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı səsləndirdiyi fikirləri düzgün hesab etmirəm. 1813-1828-ci ildə, arazın şimalında yerləşən Azərbaycan xanlıqları işğal edirdikdən sonra İrəvan xanlığının ərazisində erməni vilayətinin yaradılması ilə Rusiya imperiyası erməni xalqından öz geosiyasi maraqları naminə istifadə edib. Azərbaycan və Türkiyəyə qarşı ermənilərdən istifadə etməknən, faktiki olaraq bu xalqı öz siyasətinin alətinə çevirib”
Onun sözlərinə görə, Ermənistanın son illərdə Avrasiya İqtisadi Birliyindən uzaqlaşaraq Avropa strukturlarına inteqrasiyaya üstünlük verməsi strateji seçimdir.
“Nikol Paşinyan dəfələrlə bəyan edib ki, bu məsələ yalnız onun və ya komandasının mövqeyi deyil, Ermənistan cəmiyyətinin qərar verməli olduğu bir seçimdir. Bu baxımdan Avropaya inteqrasiya kursu Ermənistan dövlətinin və xalqının iradəsinə söykənən qərar kimi təqdim olunur”
Ekspert hesab edir ki, Moskvanın bu cür açıqlamaları Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq xarakteri daşıyır.
“Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin müxtəlif vaxtlarda Nikol Paşinyana və Ermənistan rəhbərliyinə təhdid xaraxterli mesajlar ünvanlayıblar. Lakin bu təzyiqlər Paşinyanı geri çəkilməyə məcbur etməyib. Əksinə, Ermənistan rəhbərliyinin daha qətiyyətli addımlar atmasına səbəb olub. Düşünürəm ki, bu son açıqlama da oxşar nəticələr doğura bilər”, – deyə o vurğulayıb.
O əlavə edib ki, Rusiya-Ermənistan münasibətlərində yaranan gərginliyin Azərbaycan üçün müəyyən strateji üstünlüklər yarada biləcəyini də qeyd edib.
“Vaxtilə birlikdə hərəkət edərək Azərbaycanın ərazilərinin 20 % işğalında iştirak etmiş, bir milyondan çox vətəndaşın doğma yurdundan didərgin salmış, minlərlə azərbaycanlının, o cümlədən qadınların, uşaqların, qocaların və mülki şəxslərin qətlə yetirilməsi ilə nəticələnən siyasət yürütmüş bu iki dövlət arasında münasibətlərin gərginləşməsi Azərbaycan üçün təhlükə yaratmır. Əksinə, hesab edirəm ki, Rusiya və Ermənistan arasında münasibətlər nə qədər sərin, etimadsızlığa əsaslanan və məsafəli olarsa, hər iki ölkənin Azərbaycana siyasi, iqtisadi və geosiyasi ehtiyacı bir o qədər artar. Bu isə Azərbaycan dövlətinin strateji maraqlarına uyğundur.”
01:50 / 11 Noyabr 2026
146
01:00 / 11 Noyabr 2026
131
00:31 / 11 Noyabr 2026
156
23:59 / 10 Noyabr 2026
168
23:57 / 10 Noyabr 2026
188
23:55 / 10 Noyabr 2026
508
23:53 / 10 Noyabr 2026
211
23:47 / 10 Noyabr 2026
1296
23:43 / 10 Noyabr 2026
179
23:39 / 10 Noyabr 2026
184
23:28 / 10 Noyabr 2026
381
23:27 / 10 Noyabr 2026
783
23:17 / 10 Noyabr 2026
1304
23:15 / 10 Noyabr 2026
190
23:00 / 10 Noyabr 2026
152
22:58 / 10 Noyabr 2026
185
22:55 / 10 Noyabr 2026
170
22:35 / 10 Noyabr 2026
151
22:30 / 10 Noyabr 2026
423
22:27 / 10 Noyabr 2026
134
22:19 / 10 Noyabr 2026
166
22:04 / 10 Noyabr 2026
247
21:55 / 10 Noyabr 2026
774
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.