Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1128
03.06.2026, 13:20
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində paytaxtın yol-nəqliyyat şəbəkəsinin optimallaşdırılması və sıxlıqların aradan qaldırılması məqsədilə strateji əhəmiyyətli layihələrin icrası davam edir.
AYNA-dan Oxu24.com-a verilən məlumata görə, sürətli məskunlaşma və tələbat fonunda Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri mövcud infrastrukturda ciddi yüklənmələrə səbəb olur. Hazırda bu istiqamətdən gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi, Ziya Bünyadov prospektinə və digər şəhər yollarına daxil olmaq məcburiyyətində qalırlar. Bu marşrutlar xüsusilə Binəqədi şosesinin dar hissələrində, Azadlıq prospektinin və Ziya Bünyadov prospektinin kəsişmələrində gündəlik olaraq böyük tıxaclar yaradır.
Həmçinin sözügedən nəqliyyat vasitələri Mehdiabad, Binəqədi və ətraf ərazilərindən keçərək, oradan isə Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi, Ziya Bünyadov prospektində və digər yaxın ərazilərdə mövcud olan tıxaclarla hərəkət etmək məcburiyyətində olurlar.
Mövcud problemi köklü şəkildə həll etmək məqsədilə Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur. Gələcəkdə isə bu yol 8 Noyabr prospekti ilə birləşəcək.
İnşa ediləcək bu yeni irimiqyaslı yol Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balanslı paylanacaq, xüsusilə Binəqədi–“20 Yanvar”–Ziya Bünyadov prospekti xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq və bir çox nəqliyyat vasitələri bu sıxlıqlardan kənarda alternativ yollarla hərəkət etmiş olacaq. Ümumilikdə, həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq.
Hazırda Azadlıq prospekti–Binəqədi şosesi istiqamətindən Binəqədi–Novxanı yoluna birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil. Bu istiqamətdə hərəkət edən nəqliyyat axını ensiz və dönmə manevrləri çox olan yol ilə hərəkət etməyə məcbur qalır ki, həm hərəkət vaxtının artmasına, həm də yol şəbəkəsinin əlavə yüklənməsinə səbəb olur. Həmin yolda aparılacaq yenidənqurma işlərindən sonra birbaşa və fasiləsiz çıxış təmin ediləcək, nəticədə nəqliyyatın hərəkəti sadələşdiriləcək, marşrutlar qısaldılacaq və ümumi hərəkət səmərəliliyi artırılacaq. Həmçinin həmin istiqamətdən çəkiləcək yeni tramvay xətti sərnişinlərin rahat, təhlükəsiz hərəkətinə kömək olacaq, alternativ marşrut yaradacaq.
Eyni zamanda yeni inşa ediləcək avtomobil yolunun layihə profilində gələcəkdə tramvay xəttinin təşkili üçün xüsusi zolağın ayrılması nəzərdə tutulur ki, bu da uzunmüddətli perspektivdə ictimai nəqliyyatın inkişafına əlavə imkanlar yaradacaq.
Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real nümunələr üzərindən göstərək.
Sumqayıt-Xırdalan istiqamətindən metronun “Nəriman Nərimanov” stansiyasına hərəkət edən sərnişinlər, “20 Yanvar” dairəsi və şəhərin mərkəzinə daxil olmadan Ziya Bünyadov və Heydər Əliyev prospektləri istiqamətinə hərəkət edə biləcəklər.
Masazır istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yeni salınan Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti yolundan istifadə edərək “20 Yanvar” dairəsinə daxil olmadan Əhmədli, Hövsan istiqamətində hərəkət edə biləcək.
Pirşağı-Fatmayı-Mehdiabad istiqamətindən şəhərin cənub hissəsinə hərəkət edən sərnişinlər Binəqədi şosesinə daxil olmadan Mehdiabad-Baksol-Ziya Bünyadov prospektinə keçərək bu səfəri yerinə yetirə biləcəklər. Nəticədə Binəqədi şosesinin yükü iki yol arasında paylanacaq. Bu da qeyd edilən istiqamətdə tıxacların azalmasına səbəb olacaq.
01:50 / 11 Noyabr 2026
146
01:00 / 11 Noyabr 2026
131
00:31 / 11 Noyabr 2026
156
23:59 / 10 Noyabr 2026
168
23:57 / 10 Noyabr 2026
188
23:55 / 10 Noyabr 2026
508
23:53 / 10 Noyabr 2026
211
23:47 / 10 Noyabr 2026
1296
23:43 / 10 Noyabr 2026
179
23:39 / 10 Noyabr 2026
184
23:28 / 10 Noyabr 2026
381
23:27 / 10 Noyabr 2026
783
23:17 / 10 Noyabr 2026
1304
23:15 / 10 Noyabr 2026
190
23:00 / 10 Noyabr 2026
152
22:58 / 10 Noyabr 2026
185
22:55 / 10 Noyabr 2026
170
22:35 / 10 Noyabr 2026
151
22:30 / 10 Noyabr 2026
423
22:27 / 10 Noyabr 2026
134
22:19 / 10 Noyabr 2026
166
22:04 / 10 Noyabr 2026
247
21:55 / 10 Noyabr 2026
774
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.