Prezidentin Mətbuat Xidməti məlumat yayıb
28 Sentyabr 2026, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2073
03.06.2026, 10:45
“Azərpoçt”un keçmiş rəhbəri “PAŞA Kapital”a Baş İcraçı direktor təyin olunub.
Oxu24.com xəbər verir ki, İsi Mustafayev “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı direktoru vəzifəsinə təyin olunub.
Bu barədə məlumat şirkətin 2025-ci il üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında açıqlanıb.
Bildirilib ki, İsi Mustafayev maliyyə sektorunda uzunmüddətli idarəçilik təcrübəsinə malikdir. O, 2023-2026-cı illərdə Azərpoçt MMC-nin İdarə Heyətinin sədri, 2022-2023-cü illərdə isə İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.
İ.Mustafayev bundan əvvəl 2020-2021-ci illərdə Rabitəbank ASC-də, 2016-2020-ci illərdə isə AG Bank ASC-də departament direktoru olub.
O, əmək fəaliyyətinə 2000-ci ildə “Partner Investment” MMC-də iqtisadçı kimi başlayıb. 2003-2016-cı illərdə isə Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışaraq iqtisadçı, baş iqtisadçı və Kredit Təşkilatlarına Nəzarət Departamentinin müdiri vəzifələrini tutub.
Şirkət rəhbərliyi İsi Mustafayevin maliyyə, bankçılıq və korporativ idarəetmə sahələrindəki geniş təcrübəsinin “PAŞA Kapital”ın gələcək inkişaf strategiyasının həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.
11:00 / 28 Sentyabr 2026
14
11:00 / 28 Sentyabr 2026
15
10:57 / 28 Sentyabr 2026
23
10:55 / 28 Sentyabr 2026
20
10:37 / 28 Sentyabr 2026
32
10:34 / 28 Sentyabr 2026
194
10:32 / 28 Sentyabr 2026
45
10:28 / 28 Sentyabr 2026
32
10:19 / 28 Sentyabr 2026
46
10:14 / 28 Sentyabr 2026
47
10:12 / 28 Sentyabr 2026
52
09:59 / 28 Sentyabr 2026
238
09:55 / 28 Sentyabr 2026
55
09:50 / 28 Sentyabr 2026
232
09:40 / 28 Sentyabr 2026
63
09:27 / 28 Sentyabr 2026
238
09:24 / 28 Sentyabr 2026
68
09:20 / 28 Sentyabr 2026
55
09:14 / 28 Sentyabr 2026
54
09:08 / 28 Sentyabr 2026
133
08:31 / 28 Sentyabr 2026
78
08:17 / 28 Sentyabr 2026
412
06:09 / 28 Sentyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.