Qazi aşpaz vəfat etdi - Foto
28 Sentyabr 2026, 11:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1898
02.06.2026, 21:13
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
Oxu24.com xəbər verir ki, bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik təklif edilib.
Dəyişiklik layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, təqdim edilən layihə Azərbaycanda həyata keçirilən genişmiqyaslı struktur və idarəetmə islahatlarının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında idarəçilik modelinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və nümayəndəliyə rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Azərbaycan Prezidentinə tabe olan, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılır, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir.
Bu dəyişiklikdən sonra "Dövlət qulluğu haqqında" qanun Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaq. Həmin vəzifələri tutan şəxslərin xidmət illəri nəzərə alınmaqla əməyinin ödəniş pilləsi "Dövlət qulluğu haqqında" qanunun 33-4.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
11:31 / 28 Sentyabr 2026
1
11:27 / 28 Sentyabr 2026
17
11:23 / 28 Sentyabr 2026
29
11:20 / 28 Sentyabr 2026
80
11:15 / 28 Sentyabr 2026
41
11:13 / 28 Sentyabr 2026
38
11:00 / 28 Sentyabr 2026
45
11:00 / 28 Sentyabr 2026
43
10:57 / 28 Sentyabr 2026
48
10:55 / 28 Sentyabr 2026
41
10:37 / 28 Sentyabr 2026
47
10:34 / 28 Sentyabr 2026
277
10:32 / 28 Sentyabr 2026
69
10:28 / 28 Sentyabr 2026
45
10:19 / 28 Sentyabr 2026
50
10:14 / 28 Sentyabr 2026
53
10:12 / 28 Sentyabr 2026
56
09:59 / 28 Sentyabr 2026
272
09:55 / 28 Sentyabr 2026
60
09:50 / 28 Sentyabr 2026
719
09:40 / 28 Sentyabr 2026
67
09:27 / 28 Sentyabr 2026
264
09:24 / 28 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.