Azərbaycana 3 milyard 26,808 milyon manat gətirildi
02 İyun 2026, 17:35
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
82
02.06.2026, 17:02
Türkiyə xarici işlər naziri Hakan Fidan Ankara-Təl-Əviv münasibətlərinin bərpası üçün humanitar böhranın bitməsini və iki dövlətli həll yolunu şərt kimi irəli sürüb. Ankaranın İsrailin varlığı ilə hər hansı bir probleminin olmadığını vurğulayan bu praqmatik və kompromisə açıq açıqlamadan sonra, rəsmi Bakının regional təhlükəsizlik naminə iki ölkə arasında yenidən vasitəçilik missiyasını üzərinə götürməsi məsələsi yenidən gündəmə gəlib.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycanın bu istiqamətdə kifayət qədər uğurlu və zəngin bir diplomatik təcrübəsi var. Onun sözlərinə görə, rəsmi Bakı bundan əvvəl də Türkiyə və İsrail arasında yaranmış gərginliklərin aradan qaldırılmasında, tərəflərin bir araya gətirilməsində aktiv vasitəçilik missiyasını həyata keçirib və bu cəhdlər hər zaman kifayət qədər uğurlu nəticələr verib.
Ekspert qeyd edib ki, hazırda hər iki dövlətdə – həm Türkiyədə, həm də İsraildə Azərbaycanın və onun rəhbərliyinin kifayət qədər böyük siyasi nüfuzu, çəkisi və etibarı mövcuddur.
“Dünyada analoqu olmayan strateji müttəfiqlik və güclü mənəvi bağlar"
Politoloq iki ölkə arasındakı barışıq missiyasında Azərbaycanın malik olduğu ən böyük üstünlüklərdən birinin Ankara ilə olan xüsusi münasibətlər olduğunu vurğulayıb. O, Türkiyə və Azərbaycan arasındakı əlaqələrin xarakterini belə xarakterizə edib:
“Məlum olduğu kimi, Türkiyə və Azərbaycan arasında sadəcə formal və ya rəsmi strateji müttəfiqlikdən də qat-qat üstün, qat-qat irəli bir dostluq, sarsılmaz qardaşlıq münasibəti mövcuddur. Bu elə bir unikal platformadır ki, dünyada demək olar ki, heç bir başqa dövlətin və ya dövlətlərin arasında belə yaxınlığa, belə bir modelə təsadüf edilmir, müşahidə olunmur. Türkiyə və Azərbaycan arasında olan yaxınlıq sadəcə siyasi maraqlara söykənmir, burada çox güclü, fundamental mənəvi bağlar var".
“Azərbaycan İsrailin İslam dünyası ilə münasibətlərində əsas körpüdür"
Zeynal Əmrəliyev Azərbaycanın xarici siyasətindəki balanslaşdırılmış və praqmatik xəttə diqqət çəkərək, rəsmi Bakının eyni zamanda İsraillə də çox yaxın, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrə malik olduğunu bildirib. Ölkələrimiz arasında hərbi, iqtisadi, texnoloji və siyasi müstəvidə çoxşaxəli, etibarlı bir əməkdaşlıq mühitinin mövcud olduğunu deyən ekspert, bu unikal statusun Azərbaycana qlobal arenada ciddi üstünlük qazandırdığını qeyd edib:
“Bu xüsusi balans Azərbaycanı həm rəsmi Ankara, həm də Təl-Əviv qarşısında çox güclü, sözükeçən və hər iki tərəfin rəyinə hörmətlə yanaşdığı bir mövqeyə keçirir. Ümumiyyətcə mən xüsusi olaraq deyərdim ki, Azərbaycan bu gün İsrailin bütövlükdə İslam dünyası ilə münasibətlərinin normallaşdırılması, dialoqun bərpa edilməsi məsələsində əsas platforma və ən etibarlı körpü rolunu oynayan unikal bir ölkədir.
Burada xüsusi vurğulanmalı, diqqət çəkilməli olan ən əsas məsələ məhz budur. Məhz rəsmi Bakının nümayiş etdirdiyi bu ardıcıl səylər və şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa özünün diplomatik səviyyədə, diplomatik müstəvidə göstərdiyi uğurlu, uzaqgörən fəaliyyət gələcəyə doğru bu iki böyük gücün münasibətlərinin normallaşması istiqamətində ümidləri və real şansları daha da artırır".
Növbəti tarixi görüş Azərbaycanda keçirilə bilərmi?
Hakan Fidanın verdiyi bəyanatların rəsmi Ankara tərəfindən danışıqlara yaşıl işıq yandırması mənasına gəldiyini ifadə edən politoloq, yaxın gələcəkdə atıla biləcək praktiki addımlardan və Bakının ev sahibliyi ehtimalından danışıb:
“Bəli, mövcud şərtləri və tarixi təcrübəni nəzərə alsaq, bu böyük ehtimalla Türkiyə və İsrail arasındakı növbəti yüksək səviyyəli görüşün baş vermə ehtimalı kifayət qədər böyükdür. Rəsmi Bakı bu taleyüklü məsələdə yenidən vasitəçilik missiyasını öz üzərinə götürərək tərəfləri masa arxasına otuzdura bilər. Münasibətlərin tam normallaşması və köhnə gərginliyin geridə qalması üçün hal-hazırda həm Türkiyə, həm də İsrail arasında çox geniş, hələ tam istifadə olunmamış böyük bir potensial mövcuddur".
Politoloq sonunda regional proseslərin və qlobal güclərin bu normallaşmaya təsirini şərh edərək, beynəlxalq konyunkturun da rəsmi Bakının vasitəçilik missiyası üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb:
“Nəzərə almaq lazımdır ki, hal-hazırda Yaxın Şərqdə müəyyən bir sabitlik ritmi hökm sürür və gərginliyin azaldılması meyilləri var. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp da regional münaqişələrin, xüsusilə bu regiondakı problemlərin sülh yolu ilə həlli, böhranların böyümədən dayandırılması üçün əlindən gələn bütün vasitəçilik missiyasını aktiv şəkildə həyata keçirir, bu istiqamətdə müxtəlif qlobal və regional layihələr icra olunur. Dünyada və regionda cərəyan edən bu ümumi müsbət fon da öz növbəsində həm Ankara, həm də Təl-Əviv üçün ikitərəfli münasibətlərin yenidən inkişaf etdirilməsi, təhlükəsizlik bağlarının bərpa olunması zərurətini qaçılmaz olaraq meydana çıxarır".
Çimnaz Telmanqızı
17:52 / 02 İyun 2026
31
17:49 / 02 İyun 2026
49
17:35 / 02 İyun 2026
94
17:23 / 02 İyun 2026
103
17:18 / 02 İyun 2026
74
17:07 / 02 İyun 2026
566
16:55 / 02 İyun 2026
72
16:45 / 02 İyun 2026
809
16:44 / 02 İyun 2026
73
16:34 / 02 İyun 2026
408
16:24 / 02 İyun 2026
85
16:04 / 02 İyun 2026
76
16:03 / 02 İyun 2026
79
15:34 / 02 İyun 2026
99
15:24 / 02 İyun 2026
101
15:18 / 02 İyun 2026
231
15:07 / 02 İyun 2026
251
14:59 / 02 İyun 2026
102
14:52 / 02 İyun 2026
104
14:45 / 02 İyun 2026
100
14:34 / 02 İyun 2026
872
14:19 / 02 İyun 2026
111
14:13 / 02 İyun 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.