Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb
28 Sentyabr 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
575
02.06.2026, 10:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 79-cu maddəsinin həmin Məcəllənin 41.2-ci maddəsi və Cəzaların İcrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Tutayukun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinin, həmçinin Cinayət Məcəlləsinin 5.1, 8.1, 41.2-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin tələbləri baxımından cəzanın çəkilməsinin təxirə salındığı dövrdə hamiləliyin pozulması halı məhkəmə tərəfindən cəzaçəkmənin təxirə salınmasının ləğvi üçün əsasdır. Bu hal məhkumun cəzanın çəkilməmiş hissəsindən azad edilməsini və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasını şərtləndirə bilməz.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.3-cü maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Cinayət Məcəlləsinin 79.3-cü və Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilib.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
12:13 / 28 Sentyabr 2026
10
12:00 / 28 Sentyabr 2026
26
11:54 / 28 Sentyabr 2026
36
11:40 / 28 Sentyabr 2026
41
11:31 / 28 Sentyabr 2026
104
11:27 / 28 Sentyabr 2026
117
11:23 / 28 Sentyabr 2026
50
11:20 / 28 Sentyabr 2026
132
11:15 / 28 Sentyabr 2026
51
11:13 / 28 Sentyabr 2026
47
11:00 / 28 Sentyabr 2026
55
11:00 / 28 Sentyabr 2026
50
10:57 / 28 Sentyabr 2026
58
10:55 / 28 Sentyabr 2026
44
10:37 / 28 Sentyabr 2026
52
10:34 / 28 Sentyabr 2026
339
10:32 / 28 Sentyabr 2026
96
10:28 / 28 Sentyabr 2026
48
10:19 / 28 Sentyabr 2026
51
10:14 / 28 Sentyabr 2026
55
10:12 / 28 Sentyabr 2026
61
09:59 / 28 Sentyabr 2026
308
09:55 / 28 Sentyabr 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.