Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1645
02.06.2026, 10:47
Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Oxu24.com-un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi, layihələrin planlaşdırılması və icrasında vahid yanaşmanın tətbiqi, həmçinin qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb:
Komissiyanın sədri
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiya sədrinin müavini
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini.
Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılacaq və Katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə ediləcək.
Komissiya:
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılan ilkin qiymətləndirmənin nəticələrinə əsasən təqdim olunan strateji investisiya layihələrinə baxılmasını və seçilməsini həyata keçirməli;
- seçilmiş strateji investisiya layihələrinin siyahısını illik əsasda təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli;
- strateji investisiya layihələrinin icrası zamanı aidiyyəti qurumlar arasında əlaqələndirməni, yaranan institusional, inzibati, texniki və digər maneələrin operativ olaraq aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini təmin etməli;
- strateji investisiya layihələrinin icrası ilə əlaqədar müvafiq təşviq tədbirləri, güzəşt mexanizmləri, infrastruktur dəstəyi, torpaq sahələrinin ayrılması, dövlət zəmanəti, subsidiya barədə və digər təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli;
- ildə iki dəfə strateji investisiya layihələrinin icrası ilə bağlı məlumatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Müzakirə olunan strateji investisiya layihələrinin fəaliyyət istiqamətindən asılı olaraq, zəruri hallarda Komissiyanın üzvü olmayan digər dövlət orqanları (qurumları) Komissiyanın işinə cəlb oluna bilərlər.
01:50 / 11 Noyabr 2026
250
01:00 / 11 Noyabr 2026
174
00:31 / 11 Noyabr 2026
230
23:59 / 10 Noyabr 2026
212
23:57 / 10 Noyabr 2026
249
23:55 / 10 Noyabr 2026
672
23:53 / 10 Noyabr 2026
261
23:47 / 10 Noyabr 2026
1407
23:43 / 10 Noyabr 2026
240
23:39 / 10 Noyabr 2026
208
23:28 / 10 Noyabr 2026
414
23:27 / 10 Noyabr 2026
994
23:17 / 10 Noyabr 2026
1537
23:15 / 10 Noyabr 2026
206
23:00 / 10 Noyabr 2026
170
22:58 / 10 Noyabr 2026
207
22:55 / 10 Noyabr 2026
187
22:35 / 10 Noyabr 2026
168
22:30 / 10 Noyabr 2026
493
22:27 / 10 Noyabr 2026
143
22:19 / 10 Noyabr 2026
184
22:04 / 10 Noyabr 2026
265
21:55 / 10 Noyabr 2026
882
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.