Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3049
02.06.2026, 10:30
Fuad Çıraqov Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə təyin edilib.
Oxu24.com xəbər verir ki, Fuad Çıraqov bu təyinatadək Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində, eləcə də Cənubi Qafqaz Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə çalışıb, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub.
Fuad Çıraqov Bakı Dövlət Universitetinin Tarix fakültəsini bakalavriat və magistratura səviyyələri üzrə bitirib. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində ABŞ-nin Kolumbiya Universitetində də sosiologiya ixtisası üzrə magistratura təhsili alıb.
Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin təhsil müəssisələrində təhsil almasına və təhsil hüquqlarının müdafiəsinə dəstək verilməsini, eləcə də bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək məqsədilə təhsil məsələləri üzrə müşavirlər fəaliyyət göstərir.
01:50 / 11 Noyabr 2026
250
01:00 / 11 Noyabr 2026
174
00:31 / 11 Noyabr 2026
230
23:59 / 10 Noyabr 2026
212
23:57 / 10 Noyabr 2026
249
23:55 / 10 Noyabr 2026
672
23:53 / 10 Noyabr 2026
261
23:47 / 10 Noyabr 2026
1407
23:43 / 10 Noyabr 2026
240
23:39 / 10 Noyabr 2026
208
23:28 / 10 Noyabr 2026
414
23:27 / 10 Noyabr 2026
994
23:17 / 10 Noyabr 2026
1537
23:15 / 10 Noyabr 2026
206
23:00 / 10 Noyabr 2026
170
22:58 / 10 Noyabr 2026
207
22:55 / 10 Noyabr 2026
187
22:35 / 10 Noyabr 2026
168
22:30 / 10 Noyabr 2026
493
22:27 / 10 Noyabr 2026
143
22:19 / 10 Noyabr 2026
184
22:04 / 10 Noyabr 2026
265
21:55 / 10 Noyabr 2026
882
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.