İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 oldu
01 Avqust 2026, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
531
01.06.2026, 10:07
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Bakı şəhərində yerləşən müxtəlif ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin DSX Akademiyasına ekskursiyası təşkil olunub.
Səfərbərlik Xidmətindən Oxu24.com-a verilən məlumata görə, tədbirdə SHXÇDX-nın və DSX-nın məsul şəxsləri iştirak edib. Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılan abidələri ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirələrini yad ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda formalaşdırılmasının vacibliyini vurğulayıb, dövlətçilik ənənələrinin qorunması, Vətənə xidmətin şərəfli missiya olması və gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs ediblər.
Həmçinin çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclərin milli ruhda, dövlətə və xalqa bağlı, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi yetişdirilməsi də vurğulanıb.
Daha sonra Akademiyanın kursantları tərəfindən milli musiqi alətlərinin müşayiəti ilə özfəaliyyət proqramı nümayiş olunub. Kursantların ifasında səsləndirilən vətənpərvərlik ruhlu musiqilər qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Tədbir çərçivəsində DSX-dan olan Vətən Müharibəsi Qəhrəmanları Elvin Səfərov və Anar Məmmədov məktəblilərlə görüşərək tarixi Zəfərin qazanılmasında döyüş meydanında Azərbaycan sərhədçilərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq nümunələrindən və keçdikləri şərəfli döyüş yolundan ətraflı bəhs edib, gənclərə dövlətçilik ənənələrinə bağlılıq və milli ruhun qorunmasının əhəmiyyətinə dair tövsiyələr veriblər.
Görüş zamanı şagirdlərə hərbi təhsil sistemi, sərhədçi peşəsinin məsuliyyəti və Akademiyada yaradılmış müasir şərait barədə ətraflı məlumat verilib.
Tədbirin rəsmi hissəsindən sonra məktəblilər Dövlət Sərhəd Xidmətinin Akademiyasında kursantların təlim-tədris prosesi, yaşayış şəraiti və asudə vaxtlarının təşkili ilə yaxından tanış olub, onlarla birgə nahar ediblər.
19:51 / 01 Avqust 2026
2
19:04 / 01 Avqust 2026
52
18:34 / 01 Avqust 2026
57
12:59 / 01 Avqust 2026
115
12:45 / 01 Avqust 2026
147
12:43 / 01 Avqust 2026
131
12:37 / 01 Avqust 2026
762
12:35 / 01 Avqust 2026
208
12:30 / 01 Avqust 2026
89
12:29 / 01 Avqust 2026
278
12:21 / 01 Avqust 2026
377
12:15 / 01 Avqust 2026
135
12:05 / 01 Avqust 2026
1426
12:01 / 01 Avqust 2026
143
11:59 / 01 Avqust 2026
99
11:58 / 01 Avqust 2026
91
11:37 / 01 Avqust 2026
104
11:30 / 01 Avqust 2026
87
11:16 / 01 Avqust 2026
88
11:13 / 01 Avqust 2026
87
10:55 / 01 Avqust 2026
108
10:30 / 01 Avqust 2026
89
10:05 / 01 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.