Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK – Vətəndaşlar sevinəcək
11 Noyabr 2026, 08:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6848
01.06.2026, 00:05
Dünya yeni iqlim sınağı ilə üz-üzədir. Beynəlxalq meteoroloji qurumlar xəbərdarlıq edirlər ki, yay aylarından başlayaraq payıza qədər bir çox regionlarda ekstremal hava hadisələri müşahidə oluna bilər.
Oxu24.com xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) son iqlim hesabatında bildirilib.
Həmçinin qeyd edilib ki, tarixin ən güclü iqlim hadisələrindən biri hesab olunan “Super El Nino” fenomeninin aktivləşməsi ehtimalı artır. Sakit okeanın ekvatorial hissəsində dəniz səthinin temperaturunun normadan kəskin yüksəlməsi ilə xarakterizə olunan bu hadisənin qlobal hava sistemlərinə ciddi təsir göstərəcəyi vurğulanır. pizza sifarişi
Dünyanın müxtəlif bölgələrində fərqli və ziddiyyətli nəticələr yarada bilər. Bəzi ölkələr rekord istilər və quraqlıqla üzləşəcəyi halda, digər regionlarda güclü leysanlar, daşqınlar və sel hadisələrinin artacağı gözlənilir.
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) da yayımladığı qiymətləndirmələrdə “Super El Nino”nun təsirlərinin yay aylarında güclənəcəyini və payız mövsümü boyunca davam edə biləcəyini qeyd edir. Təşkilatın məlumatına görə, oxşar gücə malik hadisə sonuncu dəfə 1997-ci ildə qeydə alınıb və həmin dövrdə dünyanın müxtəlif bölgələrində böyük iqtisadi itkilərə səbəb olan sel, torpaq sürüşməsi və quraqlıq hadisələri yaşanıb.
Qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycan da risk altında olan ölkələr sırasında göstərilir. Beynəlxalq meteoroloji qiymətləndirmələrdə Cənubi Qafqaz regionu üçün intensiv yağıntılar, dolu, güclü küləklər və qəfil hava dəyişiklikləri ilə bağlı xəbərdarlıqlar yer alıb.
Qarşıdakı aylarda ölkənin müxtəlif ərazilərində qısamüddətli, lakin güclü leysanlar, lokal daşqınlar, sel hadisələri və ildırım aktivliyinin artması ehtimalı mövcuddur. Bunun nəqliyyat, kənd təsərrüfatı və infrastruktur sahələrinə təsir göstərə biləcəyi vurğulanır.
Meteoroloqlar və aidiyyəti qurumlar vətəndaşlara hava proqnozlarını diqqətlə izləməyi, mümkün risklərə qarşı qabaqlayıcı tədbirlər görməyi və rəsmi xəbərdarlıqlara əməl etməyi tövsiyə edirlər.
Belə görünür ki, 2026-cı ilin yay və payız mövsümləri həm dünyada, həm də Azərbaycanda qeyri-sabit və ekstremal hava şəraiti ilə yadda qala bilər.(Yenisabah)
08:58 / 11 Noyabr 2026
69
08:53 / 11 Noyabr 2026
105
01:50 / 11 Noyabr 2026
313
01:00 / 11 Noyabr 2026
191
00:31 / 11 Noyabr 2026
266
23:59 / 10 Noyabr 2026
229
23:57 / 10 Noyabr 2026
283
23:55 / 10 Noyabr 2026
789
23:53 / 10 Noyabr 2026
290
23:47 / 10 Noyabr 2026
1501
23:43 / 10 Noyabr 2026
258
23:39 / 10 Noyabr 2026
217
23:28 / 10 Noyabr 2026
431
23:27 / 10 Noyabr 2026
1112
23:17 / 10 Noyabr 2026
1701
23:15 / 10 Noyabr 2026
219
23:00 / 10 Noyabr 2026
173
22:58 / 10 Noyabr 2026
216
22:55 / 10 Noyabr 2026
192
22:35 / 10 Noyabr 2026
175
22:30 / 10 Noyabr 2026
536
22:27 / 10 Noyabr 2026
147
22:19 / 10 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.