Əhaliyə xəbərdarlıq edildi
16 May 2026, 23:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
151
16.05.2026, 21:10
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 17-də öz işinə (WUF13.
Oxu24.com xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Tədbir Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq.
WUF13-ün ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş təşkil ediləcək. Proqramın 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi üçün əhəmiyyətli imkan yaradacaq.
Forum çərçivəsində müxtəlif assambleya sessiyaları da təşkil olunacaq. İlkin olaraq assambleyaların birgə açılış sessiyası keçiriləcək. Daha sonra proqrama əsasən Qadınlar Assambleyası, Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası keçiriləcək.
Forum çərçivəsində keçiriləcək əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı, Qlobal Su Operatorların Tərəfdaşlıq Alyansı (GWOPA) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi "Global Water Operators" Partnerships Alliance" Assambleyası da yer alır. Hər iki ildən bir keçirilən GWOPA Assambleyası ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunacaq.
Qeyd edək ki, WUF13 tədbiri 17-22 may tarixlərində Bakı şəhərində "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunmuş forumdur.
Mayın 17-də keçiriləcək sessiya və tədbirlərin siyahısı ilə WUF13-ün rəsmi proqram səhifəsində tanış ola bilərsiniz.Axar.az
23:24 / 16 May 2026
3
23:17 / 16 May 2026
51
23:16 / 16 May 2026
33
23:01 / 16 May 2026
119
22:55 / 16 May 2026
39
22:48 / 16 May 2026
125
22:45 / 16 May 2026
39
22:35 / 16 May 2026
214
22:27 / 16 May 2026
394
22:26 / 16 May 2026
52
22:07 / 16 May 2026
62
21:48 / 16 May 2026
57
21:32 / 16 May 2026
67
20:41 / 16 May 2026
88
20:13 / 16 May 2026
89
20:01 / 16 May 2026
71
19:53 / 16 May 2026
95
19:27 / 16 May 2026
89
19:00 / 16 May 2026
252
18:49 / 16 May 2026
93
18:22 / 16 May 2026
250
18:07 / 16 May 2026
100
17:56 / 16 May 2026
257
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.