Qarışqaların izini itirən 6 sadə üsul
14 May 2026, 21:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
223
14.05.2026, 20:16
Auditorlar Palatasında struktur dəyişikliyi aparılıb və yeni idarə yaradılıb.
Oxu24.com bildirir ki, bununla bağlı palatanın sədri Vahid Novruzov əmr imzalayıb.
Əmrə əsasən, palatanın strukturunda birbaşa sədrə tabe olan "Xüsusi auditlər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, daxili nəzarət və forenzik təhlillər İdarəsi" yaradılıb.
Yeni idarənin auditor xidməti göstərən subyektlər üzrə komplayns, hüquqi ekspertiza, xüsusi audit, forenzik təhlil, etik nəzarət, risk monitorinqi, peşə nəzarəti və daxili nəzarət üzrə yoxlama funksiyalarını həyata keçirəcəyi bildirilir.
İdarənin fəaliyyətində xüsusi auditlər, terrorçuluğun maliyyələşdirilməsinə və çirkli pulların yuyulmasına qarşı mübarizə, hədəfli maliyyə sanksiyalarına uyğunluq, peşə etikası və hüquqi ekspertiza vahid funksional sistem kimi tətbiq olunacaq.
Yeni idarənin tərkibində aşağıdakı şöbələr fəaliyyət göstərəcək:
- Xüsusi auditlər və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsi;
- Daxili nəzarət və komplayns şöbəsi;
- Peşə etikasının hüquqi təminatı və monitorinqi şöbəsi;
- Hüquqi ekspertiza, forenzik təhlil və metodoloji təminat şöbəsi.
Eyni zamanda, palatanın strukturunda mövcud olan "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə İdarəsi", eləcə də bir sıra şöbələr ləğv edilib və onların funksiyaları yeni yaradılmış idarəyə inteqrasiya olunub.
Əmrdə qeyd olunub ki, yeni strukturun yaradılmasında məqsəd audit sistemində şəffaflığın, peşə məsuliyyətinin, etik davranışın, komplayns mədəniyyətinin və riskəsaslı nəzarətin gücləndirilməsidir.
21:41 / 14 May 2026
3
21:30 / 14 May 2026
24
21:19 / 14 May 2026
30
21:14 / 14 May 2026
32
21:07 / 14 May 2026
75
21:02 / 14 May 2026
83
20:59 / 14 May 2026
41
20:56 / 14 May 2026
56
20:54 / 14 May 2026
58
20:49 / 14 May 2026
39
20:49 / 14 May 2026
239
20:41 / 14 May 2026
140
20:35 / 14 May 2026
141
20:31 / 14 May 2026
147
20:28 / 14 May 2026
50
20:19 / 14 May 2026
52
20:15 / 14 May 2026
46
20:10 / 14 May 2026
53
20:09 / 14 May 2026
74
19:59 / 14 May 2026
65
19:56 / 14 May 2026
544
19:52 / 14 May 2026
52
19:47 / 14 May 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.