Azərbaycanda 4 gün iş olacaq
12 May 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
148
11.05.2026, 23:11
İnsanın ölümdən bir neçə dəqiqə əvvəl eşitdikləri alimləri heyrətləndirib.
Oxu24.com xəbər verir ki, yeni məlumatlar həyat və ölüm arasındakı sərhəd haqqında anlayışımızı alt-üst edir və bizi şüurun həqiqətən harada bitdiyini yenidən düşünməyə məcbur edir.
"Nəticələrimiz göstərir ki, beyin əvvəllər düşünüləndən daha aktiv və bacarıqlıdır. Xəstələr tam anesteziya edildikdə belə, onların beyni ətrafdakı dünyanı emal etməyə davam edir", - deyə Dr. Samir Şet bildirib.
Şüur pərdəsinin arxasına baxmaq üçün tədqiqatçılar əməliyyat zamanı ümumi anesteziya keçirən xəstələrin beyin fəaliyyətini qeydə aldılar. Onlar beynin yaddaş və informasiya emalından məsul olan bir bölgəsi olan hipokampusa diqqət yetirib.Medicina.az
Xəstələrə qısa hekayələr və səs ardıcıllığı səsləndirildi. Nəticələr həkimləri heyrətləndirdi: hipokampusdakı neyronlar sadəcə səs-küyə cavab verməklə kifayətlənməyib, həm də müəyyən isimləri, felləri və sifətləri real vaxt rejimində ayırd edib. Bundan əlavə, beyin cümlələrdəki növbəti sözləri proqnozlaşdıra bilib.
"Bu cür proqnozlaşdırıcı kodlaşdırma adətən diqqətlilik və ayıqlıqla əlaqələndirilir, lakin burada şüuraltı vəziyyətdə baş verir"- deyə Dr. Benjamin Hayden qeyd edir.
Bu tapıntılar Nyu-York Universitetinin Langone Tibb Məktəbində Dr. Sam Parnianın genişmiqyaslı tədqiqatını əks etdirir. O, ürək dayanmasından sağ çıxan və sözün əsl mənasında "ölümdən qayıdan" xəstələrin hallarını araşdırıb.
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
21:48 / 11 May 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.