Qaynar xətt:

(+99450) 247 90 86

Əli Kərimlinin atası vəfat etdi 

Əli Kərimlinin atası vəfat etdi 

CƏMİYYƏT

152

09.05.2026, 16:52

Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə ağır itki üz verib.

 

Oxu24.com  xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

 

Onun atası Əmirhüseyn Kərimovun vəfat etdiyi bildirilir.

 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. O, ötən il noyabrın 29-u həbs edilib.