“Yaxşı insanların ölümü də faydalı olur” – Asif həkimin qardaşı – VİDEO
07 May 2026, 00:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
69
07.05.2026, 00:01
Azərbaycanda pensiya sistemi çərçivəsində bəzi kateqoriyalara aid şəxslərə “güzəştli pensiya” hüququ verilir. Bu mexanizm əsasən ağır və zərərli əmək şəraitində çalışanlar, xüsusi peşə sahibləri, eləcə də sosial müdafiəyə daha çox ehtiyacı olan qrupları əhatə edir. 01.07.2017-ci il tarixindən sonra qüvvəyə minən dəyişikliklərə əsasən, bu kateqoriyalar üzrə yaş hədləri və şərtlər yenidən müəyyənləşdirilib. Nəticədə, əmək stajı və peşə xüsusiyyətlərinə uyğun olaraq vətəndaşların pensiyaya daha erkən çıxmaq imkanları formalaşıb.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a münasib bildirib.
O qeyd edib ki, bu, hər zaman belə olub ki, ağır və zərərli şəraitdə çalışan şəxslərə güzəştli pensiya yaşı hüququ tətbiq olunur:
“Zaman-zaman bu sahədə müəyyən dəyişikliklər edilsə də, gələcəkdə bu hüququn hansı peşə və ya sahələrə şamil ediləcəyini dəqiq demək çətindir. Açığı, Azərbaycanda güzəştli pensiya yaşının daha geniş kütləyə tətbiq olunacağını gözləmirəm. Bunun əsas səbəbi isə iqtisadi amillərlə bağlıdır. Çünki belə bir qərar qəbul edilərsə, Dövlət Sosial Müdafiə Fondu daha çox vəsait ayırmalı olacaq. Halbuki, fondun mövcud vəsaiti artıq indi də tam yetərli deyil. Hər il əlavə olaraq dövlət büdcəsindən dəstək alır”.
Buna baxmayaraq, müasir dövrün tələbləri pensiya sistemində yeni peşələrin də nəzərə alınması ehtimalını gündəmə gətirir. Ekspertlərin proqnozlarına görə, gələcəkdə təkcə fiziki deyil, həm də ağır psixoloji və intellektual yükü olan sahələr siyahıya düşə bilər. Daimi gərginlik altında işləyən kibertəhlükəsizlik ekspertləri, süni intellekt analitikləri və hava hərəkətini idarə edən dispetçerlər bu siyahıda potensial namizədlər hesab olunur. Çünki uzunmüddətli koqnitiv yüklənmə də fiziki ağırlıq qədər insanın əmək qabiliyyətinə təsir göstərir.
Yəni, qanunvericilik hazırda əsasən fiziki cəhətdən ağır sahələri əhatə edir, lakin iqtisadi imkanlar yol verərsə, gələcəkdə yüksək stresli rəqəmsal peşələrin də güzəştli pensiya siyahısına daxil edilməsi müzakirə oluna bilər.
Həmçinin oxuyun
01:34 / 07 May 2026
18
00:58 / 07 May 2026
54
23:48 / 06 May 2026
214
23:45 / 06 May 2026
66
23:41 / 06 May 2026
58
23:34 / 06 May 2026
53
23:30 / 06 May 2026
2918
23:29 / 06 May 2026
364
23:29 / 06 May 2026
80
23:27 / 06 May 2026
190
23:20 / 06 May 2026
112
23:16 / 06 May 2026
65
23:08 / 06 May 2026
67
23:02 / 06 May 2026
68
23:00 / 06 May 2026
181
23:00 / 06 May 2026
126
22:46 / 06 May 2026
291
22:45 / 06 May 2026
63
22:24 / 06 May 2026
179
22:23 / 06 May 2026
168
22:12 / 06 May 2026
74
21:59 / 06 May 2026
258
21:41 / 06 May 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.